Hüseyn Abdullayev “İnterpol” tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib.
Almaniyada siyasi sığınacaq alan keçmiş deputatın həbs edilməsini dünən “Qafqazinfo” yaymışdı.
APA yazır ki, Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.
O, vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilmişdi.