AŞPA-nın korrupsiyada və etika qaydalarını pozmaqda suçlanan indiki və keçmiş üzvlərinə sanksiyalar tətbiq edib-etməməyi ilə bağlı müzakirələr başa çatıb və Avropa Şurasının hesabatı 123 səslə qəbul olunub. Hesabatın əleyhinə 9 nəfər səs verib.
Qurumun 10 ay ərzində apardığı təhqiqatın sonucunda AŞPA-nın keçmiş sədri Pedro Agramunt daxil olmaqla, həmin şəxslərin Azərbaycana münasibətdə korrupsiyaya yol verdiyini iddia edib.
Heabatda deyilir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.