Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Keçmiş deputat Gültəkin Hacıbəyli Avropadakı dostlarına kürü apardığını deyib

26 Aprel 2018
A A
Keçmiş deputat Gültəkin Hacıbəyli Avropadakı dostlarına kürü apardığını deyib

Foto: Screenshot

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü, keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli fəaliyyəti dövründə də bəzi avropalı deputatlara hədiyyələr verildiyini deyib. Azadlıq Radiosunun xəbərinə görə, keçmiş deputat bildirib ki, deputatlara əsasən kürü, süvenirlər və s. bu kimi hədiyyələr verilib:

“Mən özüm də Avropadakı dostlarıma iki qutu kürü aparmışam. Lobbiçilik fəaliyyəti məqsədilə. Leqal şəkildə bəzi addımlar atılırdı. Açığı, o zaman belə ciddi şəkildə korrupsiyanın şahidi olmamışam. Əslində, buna zərurət də yox idi. 2009-cu ilə qədər Avropa Şurası ilə Azərbaycan arasında normal əməkdaşlıq var idi. Problemlər daha çox 2009-cu ildən sonra yaranmağa başladı. Azərbaycana neft gəlirləri gəldi, varlandı. Bundan sonra hakimiyyət bu fikrə düşdü ki, avropalı deputatları da ələ alsın, məruzəçiləri öz istəyi ilə təyin etsin. O zaman Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməsini əngəlləmək məqsədilə geniş kampaniya başladıldı. Həmin qətnamənin qəbul olunmaması üçün avropalı deputatlar pul, müxtəlif hədiyyələr və başqa vasitələrlə ələ alındılar”.

Foto: Screenshot

G.Hacıbəyli vurğulayıb ki, Avropa Şurasının korrupsiya ilə bağlı hesabatı hərtərəfli və əsaslı hazırlanıb:

“Araşdırmanı aparanlar təcrübəli hüquqşünaslardır. Onlar Avropa Məhkəməsinin hakimi olublar, biri İsveçin ombudsmanı olub. Avropa məkanında nüfuzlu, peşəkar, təcrübəli hüquqşünas kimi tanınırlar. Bu şəxslər bir ilə yaxın müddətdə ciddi araşdırma aparıblarsa, ortaya konkret faktlar qoyublarsa, təbii ki, bizim buna inanmamaq üçün əsasımız yoxdur”.

Keçmiş deputat deyir ki, hakimiyyət indiyədək o araşdırmada deyilənləri təkzib edən heç bir ciddi fakt təqdim etməyib.

Cəza mexanizmindən danışan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bu mexanizmlərin qarışıq olduğunu və eləcə də qurumun tarixində ilk dəfə bu cür araşdırma aparan qrupun yaradıldığını deyib:

“Mexanizmlər də qeyri-müəyyəndir. Azərbaycanın Avropa Şurasından uzaqlaşdırılacağını gözləmirəm. Sadəcə, ayrı-ayrı şəxslərin, xüsusən də Azərbaycan nümayəndə heyətindəki bəzi şəxslərin qurumda qalması məsələsinə baxıla bilər. Xatırladım ki, ilk gündən bu qalmaqalda adı çəkilən azərbaycanlı deputatlar Müslüm Məmmədov, Elxan Süleymanov artıq AŞPA-nın nümayəndə heyətində başqaları ilə əvəzləniblər. Başqalarının qurumda qalmasına baxıla bilərmi? Çətinlik çəkirəm cavab verməyə. Proseslərin gedişini izləyək”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia