Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AŞPA-da korrupsiya hesabatının əleyhinə kimlər, nə deyib səs vermədi

26 Aprel 2018
A A
AŞPA-da korrupsiya hesabatının əleyhinə kimlər, nə deyib səs vermədi

Kollaj: mikroskop media

AŞPA-da Azərbaycanla bağlı hazırlanan və qurumun üzvlərinin bu ölkədən korrupsiya aldığını iddia edən hesabatın səsverməsində 9 parlamentari onun əleyhinə səs verib. Bu şəxslərin 6-ı Azərbaycan nümayəndə heyətinin üzvləridir. Onlar Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Rafael Hüseynov, Asim Mollazadə və Səməd Seyidovdur.
Digər 3 nəfər isə türkiyəli parlamentari Yasin Aktay, İtaliyadan olan deputat Françesko Mario Amaruso və seribaylı deputat Mariya Obradoviçdir.

İnfoqrafika: mikroskop media

Müzakirələr zamanı hesabatın əleyhinə səs verənlərdən yalnız Yasin Aktay çıxış edib, digər 2 nəfər isə çıxışa yazılmayıb.

Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Yasin Aktay çıxışının əvvəlində Suriya kürdlərinin lideri, Demokratik Birlik Partiyasının (PYD) həmsədri Salih Müslimin AŞPA-da çıxış etməsinə münasibət bildirib və qurumu tənqid edib. Onun həmsədri olduğu partiyanın Suriyada PKK-nın bir qolu olduğunu vurğulayıb.

Daha sonra isə o, Azərbaycanla bağlı hazırlanan hesabat haqqında danışıb və bunları deyib:

Yasin Aktay Ədalət və İnkişaf Partiyasının (AKP) komitə iclasında çıxış edir. Foto: AA

“Mən sizin diqqətinizi bu hesabatın konkret çatışmazlıqları və təhriflərinə yönəltmək istəyirəm ki, bu da hesabatın obyektivliyini azaldır. Hər şeydən əvvəl hesabat ancaq bir ölkəyə fokuslanıb və ancaq bir üzv ölkə Azərbaycanla bağlı iddialar yer alıb. Bu, elə təəssürat yaradır ki, məqsəd üzv ölkənin imicini ləkələməkdir. İİB-nin bir ölkəyə belə fokuslanmağı həm də bu təəssüratı yaradır ki, onlar Azərbaycanın Avropa Şurası ilə münasibətlərində onun üçün problem yaratmağa cəhd edilir.

İkincisi AŞPA-nın hesabatı obyektiv faktlara və kriteriyalara əsaslanmalıdır. Hesabatın etibarlılığı bunların əsasında ola bilər.

Yasin Aktay çıxışında Monitorinq Komitəsinin Türkiyədəki növbədənkənar seçkiləri təxirə salması barədə təklifi də tənqid edib və bildirib ki, bu, 80 milyon insanın və seçicinin istəyinə barmaqarası yanaşmaqdır.

Milli Məclisin deputatı Asim Mollazadə isə çıxışında tələb edib ki, araşdırma yarımçıq saxlanılıb, o, davam etdirilməli və Avropanın digər qurumlarında da aparılmalıdır:

“Avropa Şurasında korrupsiya çox təhlükəli şeydir və bu, təkcə Avropa Şurasının deyil, eləcə də Avropanın digər təşkilatlarının etibarlılığını zədələyir. Və biz düşünürük ki, bütün bu məsələlərlə bağlı ciddi araşdırma aparılmalıdır. Amma eyni zamanda çox maraqlıdr ki, bizə təqdim olunan sənəddə diqqət ancaq bir ölkəyə köklənib. Niyə? Çünki məqsəd başqa ölkələrin və böyük korporasiyaların lobbiçiliyinə daxil olan insanları araşdırmadan kənara itələməkdir. Azərbaycan seçilib və bu da çox təhlükəli siqnaldır. Biz hesab edirik ki, Avropada çox təhlükəli proses gedir; islamafobiya, anti-semitizm, ksenofobiya artır. Azərbaycan ona görə seçilib ki, biz müsəlmanıq? Yoxsa niyə?

Biz Azərbaycanda yəhudi soyqırımı haqqında, orada vəhşicəsinə öldürülən barədə eşidəndə şoka düşürük. Yaxud da yəhudi oğlanın sırf kipa geyindiyinə görə Avropanın mərkəzində döyülməsi. Çünki biz multikulturalizm ənənələri və bütün dinlərə hörmət şəraitində böyümüşük. Biz indi Avropada nəyimiz var? Biz qapalı xristian klubu yaratmışıq, yoxsa anti-semitizm ya da islamafobiyanı genişləndiririk?

Asim Mollazadə Demokratik İslahatlar Partiyasının III qurultayında çıxış edir. Foto: APA

Siyahıya baxın. Komissiya, araşdırmaçı qrup yazıb ki, Səməd Seyidovun korrupsiya hadisəsi ilə bağlı hər hansı bağlılığı yoxdur. Amma onun adı siyahıdadır. Niyə?

Çünki Avropa erməni təşkilatları, Azərbaycanın ermənilər tərəfindən işğalının arxasında olan ölkələr Azərbaycanı hədəfə almaq, ona hücum etmək və eyni zamanda da mövcud olan ciddi korrupsiya araşdırmasını saxlamaqda maraqlıdır. Düşünürəm ki, biz araşdırmanı davam etdirməli və yalnız bir ölkənin hədəfə alınıb günahlandırılmasını dayandırmalıyıq.
Digər Avropa təşkilatlarını əhatə edən araşdırma aparılmalıdır. Çünki bizdə Avropa Şurası ilə bağlı olan faktlar göstərir ki, orada şəbəkə var. Bu şəbəkə bizim dəyərlərimiz üçün çox təhlükəlidir. Düşünürük ki, Avropada insan dəyərləri, qanunun rolu qorunmalıdır.

Bu hesabatdakı bəzi nöqtələr mənə Sovet “troyka”sını xatırladır. Heç bir məhkəmə yoxdur, əmr verənlə edamı icra edən adam eynidir, sırf ona görə ki, anti-kommunizm və anti-bolşeviklikdə şübhəli bilinən adam var.

Avropa qanunlarına əsaslanmaq lazımdır, şayiələrin və böyük ölkələrin maraqlarına yox”.

Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov isə çıxışında vurğulayıb ki, belə Avropa Şurasında təmsil olunmaq istəmir:

Səməd Seyidov 2016-cı ildə AŞPA-da #NoHateNoFear kampaniyasına dəstək verir. Foto: Council of Europe / Brigitte Hase

“Təxminən bir ay əvvəl bu zalda siz Serj Sarkisyanı alqışladınız. Lakin o, iki gün əvvəl korrupsiyaya görə erməni xalqı tərəfindən hakimiyyətdən qovuldu. Hanı onu burada demokrat kimi təqdim edənlər?

Mənim adım da korrupsiyaya dair siyahıdadır. Halbuki araşdırma orqanı deyib ki, mənim korrupsiya ilə əlaqəm yoxdur. Mənim dünyanı başa salmağım çətindir ki, niyə adım bu sənəddə göstərilir? Bu ədalətsizlikdir. Biz adımız üçün mübarizə aparacağıq və qalib gələcəyik. Mən illər əvvəl demişdim ki, bu bizim Avropa Şuramızdır. İndi isə deyirəm ki, bu sizin Avropa Şuranızdır. Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm”.

Azərbaycan nümayəndə heyətinin digər üzvü Sevinc Fətəliyeva isə çıxışında vurğulayıb ki, hesabatda ancaq iddialar var və kimisə ittiham edəndə bunu faktlarla əsaslandırmaq lazımdır:

“AŞPA sessiyasından sessiyasına özümə bu sualı verməyə mane ola bilmirəm. Biz hara gedirik? Bu rəftar, belə manipulyasiya, bir faktın şişirdilməsi və gözlərini başqalarına bağlamaqla AŞPA hara gedir?

Bu korrupsiya hesabatına hazırlıq azadlıq, əsl demokratiya və ədalətin artıq bu təşkilatlda heç bir rol oynamadığına açıq-aşkar nümunədir. Biz AŞPA-dakı işimiz və fəaliyyətimizdə həmişə real faktlara söykənmişik, şayiələrə yox, təqdim etdiyimiz sənədin əvvəlində dediyimizi onun sonunda inkar etməmişik.

Bu hesabatdakı məntiq xətaları, ona belə ciddi yanaşma və hesabatı bu təşkilatın əsas gündəliyinə daxil etmə məni ölkəmə qarşı təcili və aydın şantaj olduğunu hiss etməyə vadar edir.

Sevinc Fətəliyeva AŞPA-da çıxış edir. Foto: Council of Europe / Felix Zahn

Mənə maraqlıdır ki, bu təşəbbüs nəyə görədir? Azərbaycanı öz demokratiya yolundan döndərmək üçün? Azərbaycanın radikallaşmağına səbəb olmaq, yaxud da bizim dəyərlərimizi dəyişmək üçün?

Cavab budur ki, xeyr. Sizi əmin edirəm ki, bu heç vaxt baş verməyəcək. Bu cəhdlər boşunadır. Azərbaycan heç vaxt bu, ədalətsiz hiyləkar oyunlara, təzyiq və ədalətsizliyə baxmayaraq öz demokratiya yolundan çəkilməyəcək. Bu təşkilatın imicinin nə qədər sürətlə dəyişməyindən asılı olmayaraq biz öz demokratik dəyərlərimizi saxlayacağıq.

Biz hesabatın ideyasını, bu təşəbbüsü məmnuniyyətlə qarşıladıq, çünki korrupsiya bəladır. Amma hesabatın hazırlanma forması qəbuledilməzdir. Çünki araşdırma faktlara əsaslanmayıb. Kimisə ittiham edəndə bunu real faktlarla əsaslandırmaq lazımdır. Bu hesabat sadəcə iddia olaraq qalan iddiaları və şübhələri göstərir.

Bu gün mən təkcə öz adımdan yox, əziz həmkarlar, sizin illərdir səsini eşitmədiyiniz bütün Azərbaycan xalqının adından danışıram. Bütün bu illər ərzində siz bizim torpaqlarımızın digər üzv dövlət Ermənistan tərəfindən işğal olunması barədə harayımıza kar olmusunuz. Bu, həqiqətin və ədalətin səsidir. Amma həqiqətin əvəzinə siz eşitmək istədiyinizi eşidirsiz, görmək istədiyinizi görürsüz. Bu qurumda demokratiya, şəfafflıq və ədalət böyük sual altındadır və bu da bu təşkilatın imicini və etibarlılığını zəiflədir”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia