Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropadakı iki siyasi fəalın Azərbaycandakı qohumları həbs edilib

29 Aprel 2018
A A
Avropadakı iki siyasi fəalın Azərbaycandakı qohumları həbs edilib

Tural Əliyev. Foto: şəxsi arxiv / facebook

Tural Əliyev. Foto: şəxsi arxiv / facebook

Hollandiyada yaşayan siyasi fəal Orduxan Teymurxanın bacısı oğlu Tural Əliyev və digər siyasi fəal Rəşad Qurbanovun qardaşı saxlanılıb.

Hər ik isiyasi fəal ailə üzvlərinin həbsinin onların siyasi fəaliyyəti ilə bağlı olduğunu iddia edir.
Bu barədə öz şəxsi Facebook profilində məlumat verən O.Teymurxan bildirib ki, 19 yaşlı Tural Əliyev Bakı Dövlət Universitetinin kimya fakültəsində oxuyur.

“Yoldan zorla aparılıb. Deyirlər, 2 ay müddətinə həbs ediblər. Hansı maddə ilə həbs olunduğu bilinmir” – deyə siyasi fəal bildirib.

Turan İnformasiya Agentliyinin yaydığı məlumata görə, Rəşad Qurbanovun qardaşı Fuad Qurbanov isə Mingəçevir şəhərində həbs olunub. Onun polis idarəsində döyüldüyü və kamera qarşısında öz qardaşını təhqir etməyi tələb olunduğu bildirilir.

“Son məlumatlara görə, qardaşımı 30 sutka həbs ediblər və Gəncəyə etap ediblər” – deyə R.Qurbanov məlumat verib.

Bu, siyasi fəalların ailə üzvlərinin ilk həbsi deyil. Belə ki, Orduxan Teymurxanın bu ilin fevral ayında da Bakıda yaşayan yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası verilib.
Ötən ilin əvvəllərində onun 12 nəfər qohumu polis bölməsinə aparıldığı və təzyiqlərə məruz qoyulduğu bildirilib.

Martın 8-də isə R.Qurbanovun qaynı İlkin Quliyev Şəkidə saxlanılıb. O, polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.

R.Qurbanov bildirib ki, martın 2-də Fransada Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyasında iştirak etdikdən sonra ona qarşı təzyiqlər başlayıb.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia