Bazar ertəsi, 8 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Kabildəki partlayışda 8 jurnalist ölüb – gündəlik xəbərlər – 30.04.2018

30 Aprel 2018
A A
Kabildəki partlayışda 8 jurnalist ölüb – gündəlik xəbərlər – 30.04.2018

Kabildəki partlayışdan sonra. Foto: Massoud Hossaini / AP

Gözəl Bayramlıdan əfv ərizəsi yazması tələb edilir
AXCP sədrinin müavini Gözəl Bayramlıya Kürdəxanı İstintaq Təcridxanasında təzyiq edildiyi bildirilir. Bu haqda partiya rəhbərliyi və onun qohumları məlumat yayıb.
AzadlıqRadiosu yazır ki, aprelin 28-də Gəncə İstintaq Təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülən G.Bayramlıdan prezidentə əfv ərizəsi yazmaq tələb edilib.
Tələbi rədd edən Gözəl Bayramlını Kürdəxanıda 10 saat soyuq yerdə ac-susuz saxlayıblar. Sonra 4 saylı Cəzaçəkmə Müəssisəsinə göndəriblər.
Gözəl Bayramlı özü isə mübarizə əzminin möhkəm olduğunu, heç bir təzyiqin onu yolundan döndərə bilməyəcəyini söyləyib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov təzyiqlə bağlı yayılan məlumatı təkzib edib.

Kabildəki partlayışda 8 jurnalist ölüb
Əfqanıstanın paytaxtı Kabildə 29 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin 8-i jurnalistdir. CNN xəbər verir ki, operator kimi geyinən terrorist iki partlayış törədib və jurnalistlər də ikinci partlayış zamanı həlak olub.
İŞİD-in törətdiyindən şübhə edilən hadisə ABŞ səfirliyi və Əfqanınstan hökumət binalarının yerləşdiyi ərazidə, yerli vaxtla səhər saat 8-də baş verib.
Ölən jurnalistlərdən biri Frans Press Agentliyinin 15 ildir Əfqanıstanda çalışan fotoqrafı Şah Maraydır, digərləri isə Azadlıq Radiosu`nun əməkdaşları Sabvun Kakar, Hananzai və Moharram Duranidir.

Türkiyədə prezidentliyə namizədlik üçün müraciətlər sabah başlayır
Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinə qatılmaq istəyənlər sabahdan namizədlik üçün müraciət edə biləcəklər. Türkiyə Ali seçki Şurasının seçki təqvim planına görə, prezidentliyə namizədlər 5 may saat 17:00-a qədər, seçicilər tərəfindən namizədliyi irəli sürülənlər isə 2 may saat 17:00-a qədər şuraya müraciət edə bilər.
NTV Türkiyə xəbər verir ki, bu həftə ərzində siyasi partiyaların prezidentlik üçün kimləri namizəd göstərdiyi bəlli olacaq.
Seçicilər tərəfindən namizədliyi irəli sürülənlər tələb olunan 100 min imzanı 4-9 may tarixlərində toplamalıdır.
Namizədlərin dəqiqləşdirilmiş rəsmi siyahısı 13 mayda dərc olunacaq və bundan sonra təşviqat kampaniyası başlayacaq.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia