Əfqanıstanın paytaxtı Kabildə 29 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin 8-I jurnalistdir. CNN xəbər verir ki, operator kimi geyinən terrorist iki partlayış törədib və jurnalistlər də ikinci partlayış zamanı həlak olub.
İŞİD-in törətdiyindən şübhə edilən hadisə ABŞ səfirliyi və Əfqanınstan hökumət binalarının yerləşdiyi ərazidə, yerli vaxt səhər saat 8-də baş verib.
Ölən jurnalistlərdən biri Frans Press Agentliyinin 15 ildir Əfqanıstanda çalışan fotoqrafı Şah Maraydır.
Agentliyin məlumatına görə, Maray AFP-də 1996-cı ildə sürücü kimi işə başlayıb və 2002-ci ildə fotoqraf olub və bir müddət sonra büronun baş fotoqrafı vəzifəsinə yüksəlib. Jurnalistin 6 uşağı var.
Azadlıq Radiosu xəbər verir ki, öləmn jurnalistlərdən 3-ü də onların əməkdaşıdır. Onlar Sabwoon Kakar, Hananzai və Moharram Duranidir.