No Result
View All Result
2018-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7%, qeyri-ərzaq mallarının qiymətləri 4,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,8% bahalaşıb.
Məlumatı Dövlət Statistika Komitəsi yayıb. Məlumatda qeyd edilir ki, cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, ərzaq məhsullarının qiymətləri 0,5% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
No Result
View All Result