İşçilər səfirliyin yolunda yol nişanlarını quraşdırır. Foto: Ronen Zvulun / Reuters
Mayın 7-də Qüdsdə azı üç “ABŞ səfirliyi” yol nişanı yerləşdirilib. Bir həftəyə burada ABŞ missiyasının açılacağı gözlənir.
Bu haqda AzadlıqRadiosu “Reuters”ə istinadən yazır.
Qüdsün cənubundakı ABŞ konsulluğu yaxınlığında ingilis, hibru və ərəb dillərində olan nişanlar qoyulub. Mayın 14-də Təl Əvivdəki ABŞ səfirliyinin rəsmən buraya köçürüləcəyi gözlənir.
Prezident Donald Trump dekabrda Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.
İsrail bu qərarı alqışlasa da, ərəb dünyası və ABŞ-ın Avropadakı müttəfiqləri tənqid edib.
Səfirliyin 2019-cu ildə köçürüləcəiyi gözlənilsə də İsrail bürokratik əngəlləri qaldırmaqla prosesi sürətləndirib.