“Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları aparmağa hazıram”. APA-nın məlumatına görə, bunu Ermənistan parlamentində baş nazir postuna namizəd Nikol Paşinyan bəyan edib.
O qeyd edib ki, Ermənistandakı inqilabın qələbəsi Dağlıq Qarabağ üçün yeni imkanlar açır.