Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) komitə iclasında 16 il ərzində gördükləri işlərdən danışıb. O çıxışında xalqın ona bəsdir deyəcəyi təqdirdə hakimiyyətdən gedəcəyini açıqlayıb.
“Əgər bir gün millətimiz tamam deyərsə, onda geri çəkilərik” – deyə prezident vurğulayıb. Onun sözlərinə isə Tvitter sosial şəbəkəsi istifadəçiləri #tamam həşteqi ilə cavab verib. Qısa müddət ərzində trend olan bu həşteqlə 500 mindən çox tvit atılıb.
Tamam tviti təkcə Türkiyə deyil, dünyada da trend tvitlər cərgəsinə düşüb.
Təkcə sıravi vətəndaşlar deyil, o cümlədən Səadət Partiyasının prezidentliyə namizədi Təməl Karamollaoğlu, İYİ Partinin sədri və namizədi Meral Akşener, Cümhuriyyət Xalq Partiyasının namizədi Muharrem İncə də aksiyaya qoşulub.