Çərşənbə axşamı, 8 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Childish Gambino-nun yeni “This is America” klipi niyə bu qədər müzakirə edilir? İzah edirik!

09 May 2018
A A
Childish Gambino-nun yeni “This is America” klipi niyə bu qədər müzakirə edilir? İzah edirik!

Foto: screenshot

Childish Gambino ləqəbi ilə tanınan amerikalı aktyor və musiqiçi Donald Qlover “This is America” klipini təqdim edib. Klipdə o, qara dərili kult musiqiçi Fela Kuitin obrazındadır, Maykl Cekson kimi rəqs edir, adam öldürürür, yenə rəqs edir və yenə adam öldürür. Bu klip 4 gün ərzində 47 milyon baxış toplayıb. Müzakirələrə səbəb olması isə 4 günə bu qədər baxış toplaması yox, klipdəki şifrələrdir. Nə müğənni, nə də rejissor heç bir açıqlama verməyib. Klipi izləyənlər həmin şifrələri açmağa çalışıb. Mikroskop Media ağlabatan təhlilləri təqdim edir.

1. Baş qəhrəmanın rəqsi
4 dəqiqəlik klipdə baş qəhrəman Maykl Ceksonun tərzinə bənzər rəqslər ifa edir. Forbesin müşahidəçisi Edrian Qibs ən azı 9 rəqs tipi müəyyən edib. Onlardan bəziləri Cənubi Amerikada popular olan “Shoki” və “Gvara Gvara” rəqs növləridir. Jurnalist onun da fərqinə varıb ki, klipdə polis yalnız rəqs edən insanlara toxunmur. Yəqin ki, bu, şiddətə qarşı müdafiənin yeganə simvoludur.

Donald Glover GIF by Childish Gambino - Find & Share on GIPHY

2. İlk silahlı qətl
Klipinin əvvəlində qəhrəman gitarada ifa edən bir nəfəri silahla qətlə yetirir. Onun duruşu Cim Krouya işarədir. Jim Krou yazıçı Tomas Dortmut Raysın 1830-cu illərdə yaratdığı obrazdır. Rəvayətə görə, yazar uzun müddət arqa dərililəri müşahidə edib və onların da ifa etdiyi “Tullan Cim Krou” mahnısından istifadə edərək axmaq, müxtəlif təhqirlərə məruz qalan bir obrazdır. Həmin illərdə bu ad qaradərili qullar arasında çox məşhurlaşıb. Sonradan isə “Cim Krou” qara dərililəri alçaltmaq üçün istifadə olunub. Hətta 19-cu əsrin sonlarına yaxın quldarlığın qanunla ləğv edilməyinə baxmayaraq ağdərili və qaradərili insanlar arasında ayrı-seçkiliyi ehtiva edən “Cim Krou qanunları” çıxıb ki, bu da ictimai yerlərdə onların ikisinin də eyni yerdə olmağını, bir-birilə ünsiyyətdə olmağının qarşısını alırdı. Məsələn, eyni restoranda yemək yeyə bilməmək.

Kollaj: mikroskop media

3. Ağ atlı çapar
Klipdə rəqs edənlərin arxasında ağ atlı bir çapar görünür. Bu, Bibliyada adı çəkilən atlıya və cəhənnəmə işarədir. “Və mən başımı qaldırdım. Budur ağ at və üzərində ölüm. Arxasınca isə cəhənnəm”. Klipdəki ağ atlı caparın arxasınca gedən polis maşını isə cəhənnəmi simvolizə edir.

Foto: screenshot

4. Rahiblərin qətli
Baş qəhrəman dini mahnı oxuyan rahibləri güllələyir. Klipdə göstərilən səhnə isə həqiqətən baş verib. 2015-ci ilin iyununda 21 yaşlı ağ dərili Dilan Ruf Cənubi Korolina ştatında kilsələrdən birinə daxil olaraq 9 rahibi güllələyərək qətlə yetirib. Ruf bunu qara dərililərə nifrət etdiyi üçün törətdiyini etiraf edib. O, hazırda həbsdədir və öz ölüm hökmünün icrasını gözləyir.

Foto: screenshot

5. Silah həyatdan daha vacibdir
Klipin həm əvvəlindəki, həm də ortalarındakı qətl törədilmə səhnələrində silah qırmızı parçaya bükülərək ərazidən uzaqlaşdırılır. Bu isə silahın insan həyatından daha dəyərli hesab edilməsinə işarədir.

Donald Glover GIF by Childish Gambino - Find & Share on GIPHY

6. Şalvarın dizaynı
Baş qəhrəmanın geyindiyi şalvarın dizaynı Amerikadakı vətəndaş müharibəsi illərində Konfederasiya əsgərlərinin geyindiyi şalvar dizaynına uyğundur. Konfederasiya əsgərləri quldarlığın lehinə olub, onun aradan qaldırılmaması uğrunda savaşırdılar.

Can we talk about how @donaldglover is wearing confederate army pants #thisisamerica #donaldglover #ChildishGambino pic.twitter.com/UdGsYuibBF

— n o ë l l e (@noe_camero) May 7, 2018

7. Maskalı uşaqlar
Bir hissədə yuxarı mərtəbədə əyləşən üzü maskalı uşaqlar baş verən xaosu telefonla çəkir. Bəziləri düşünür ki, bu görüntü polis zorakılığı və rasistliyin yer aldığı “virus videolar”ının artmasına işarədir.

Foto: screenshot

8. İntihar edən şəxs
Klipdə Afrika rəqslərinin arxasında qalan və o qədər də hiss edilməyən intihar da baş verir. İzləyicilərdən biri yazır ki, bu, cəmiyyətdə qara dərili amerikalıların intiharlarına fikir verilməməsini göstərir. İzləyici onu da yazır ki, intihar kadrının yerləşdirilməsi onu göstərir ki, qara dərililərin psixoloji sarsıntıları və intiharları iqnor edilir.

https://twitter.com/siriouslyyy/status/993318836752605185?ref_src=twsrc%5Etfw&ref_url=https%3A%2F%2F

9. Sona doğru maşın üstündə rəqs
Sonlara doğru baş qəhrəman köhnə qırmızı rəngli maşının üstünə çıxaraq rəqs etməyə başlayır. Kliplərində çox bahalı maşınların nümayiş edildiyi müasir amerikan reperlərindən fərqli olaraq qəhrəman izah etməyə çalışır ki, amerikalılar, əslində köhnə, 1980-1990-cı illərin istehsalı olan maşınlara üstünlük verir. Onlar hələ də maqnitafondan və kasetdən istifadə edərək musiqi dinləyirlər.

Foto: screenshot

10. Qaçmağa cəhd
Sonda isə qəhrəman qaçmağa başlayır. Eyni qaçış kadrları isə Corc Pilanın “Get out” filmində də var. BuzzFeed-in oxucularından biri fikir verib ki, qəhrəman qanjanı çəkib qurtarandan sonra qaçmağa başlayır. Onu polislər qovur. Bu isə qara dərililərin narkotik ittihamı ilə təqib edilməsinə işarədir.

Run Away Donald Glover GIF by Childish Gambino - Find & Share on GIPHY

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia