Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tolstoya görə həyatın 17 qanunu

09 May 2018
A A
Tolstoya görə həyatın 17 qanunu

Foto: Vikipediya

Roman yazmağa can atanların əksəriyyəti şübhəsiz ki, Tolstoy kimi yaza bilmək imkanları olsaydı, buna etiraz etməzdilər. Amma heyran olduğunuz yazıçı kimi yaşamırsızsa, onun kimi yazmaq necə mümkün ola bilər? Bioqrafiyalar “Hərb və Sülh” və “Anna Karenina” kimi əsərlərin müəllifinin 82 ili necə keçirdiyinə dair lazımi qədər informasiya verir. Tolstoy hələ 25 yaşı olanda “Möhtəşəm insan olduğuma mütləq öyrəşməliyəm” – deyə yazıb və “Mənim özüm qədər əxlaqlı, yaxud da öz idealı uğrunda hər şeyi qurban verə biləcək başqa bir insanla tanış olmamışam” deyərək həmin fikrini bir az da vurğulayıb. Bu fikirləri deməmişdən 7 il əvvəl “həyatın qanunları” adlandırdığı nizamla yazıçı özü üçün çoxdan ismətli və çalışqan bir həyat təsvir edib; bu da, yəqin ki, qatı dindar həyat axtarışının xəbərçisi idi. Yazıçının həyatına hökm etmiş qanunların bəziləri isə bunlar idi:

  • Səhər 5-də oyan,
  • Gecə ən geci 10-da yat,
  • Günorta 2 saat yata bilərsən,
  • Çox yemək yemə,
  • Şirniyyatdan uzaq dur,
  • Hər gün bir saat gəz,
  • Eyş-işrət evinə ayda yalnızca 2 dəfə get,
  • Xeyir verə biləcəyin insanları sev,
  • Məntiqsiz ittihamlar haqqında düşünmə,
  • Eyni anda 2 işdən yapışma,
  • Lazımlı olmadıqca xəyal aləmində itmə.

Tolstoy həyatının yetkinlik vaxtında qəbul etdiyi bu qanunlara daha sonra aşağıdakıları da əlavə edib:

  • Hisslərini göstərmə,
  • Başqalarının sənin haqqında düşündüklərini vecinə alma,
  • Yaxşılığı göstərmədən et,
  • Qadınlardan uzaq dur,
  • Ehtirasını yox et,
  • Bədbəxtlərə kömək əli uzat.

Tolstoyun həyatı haqqında çox məlumatlı olmasanız da, onun özü üçün qoyduğu qanunların bəzilərinin necə bəzi impulslarla mübarizə apardığını müşahidə etmək olar. Məsələn, eyş-işrətlə ayda cəmi iki dəfə məşğul olmağı deyən qanunun getdikcə necə daha qeyri-real, yəni qadınlardan tamamilə uzaq durmaq qanununa çevrildiyini görürük. Amma geridə qoyduğu ağır və çox mühüm şeyləri nəzər alsaq, düşünmək olar ki, zəhmətsevərliyinin və çalışqanlığının xeyrini gördü, istər ehtirasını (yazıçının 14 uşağı var idi) tam yoxa edə bilsin, istərsə də yox. Biz yazıçıları necə yaşadıqlarına görə deyil, necə yazdıqlarına görə dəyərləndiririk. Bəlkə də, həyat bilavasitə Tolstoyun özü üçün yazdığı bu sərt qanunların zirvəsinə bir xəbərdarlıq punktu əlavə edir: “Heç kim mükəmməl deyil”.

Tərcümə: Pəri Abbaslı

Orijinalı bu linkdə

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia