Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Malaziyada 61 ildən sonra müxalifət ilk dəfə hakimiyyətə gəldi

10 May 2018
A A
Malaziyada 61 ildən sonra müxalifət ilk dəfə hakimiyyətə gəldi

Foto: Daily Express

Foto: Daily Express

Malaziyada keçirilən parlament seçkilərində müxalifətin 92 yaşlı vahid namizədi, keçmiş Baş nazir Mahathir Məhəmməd qalib gəlib.

NTV Türkiyə xəbər verir ki, əvvəllər 22 il Baş nazir kimi çalışan M.Məhəmməd 2016-cı ildə hakim partiyadan istefa verib. Bu dəfəki seçkilərdə isə o, “Xalqın ümidi” blokunun namizədi olub və blok parlamentdəki 222 yerdən 122-ni qazanıb.

Bununla da ölkədə 61 ildən sonra ilk dəfə olaraq hakimiyyət dəyişib və adı korrupsiya ittihamlarında hallanan hazırkı baş nazir Nəcib Rezakın liderlik etdiyi Birləşmiş Malaziya Milli Partiyasının parlamentdə qazandığı mandatın sayı 79-a enib.

Yeni seçilən baş nazir Mahathir jurnalistlərə açıqlamasında deyib ki, intiqam almağa çalışmırlar: “İstəyimiz odur ki, hüququn aliliyini yenidən bərqərar edək”.

Birləşmiş Malaziya Milli Partiyasının liderlik etdiyi Milli Cəbhə ölkə İngiltərədən müstəqil olandan etibarən, 1957-ci ildən bəri ölkəni idarə edirdi.

2015-ci ildə ortaya çıxan korrupsiya ittihamlarına görə, Nəcib Rəzak dövlət büdcəsindən 700 milyon dollar pul mənimsəyib. Baş nazir iddiaları rədd etsə də yeni vəzifə təyinatları və dəyişikliklər etməklə iddialarla bağlı istintaqın aparılmasına mane olub.

Bundan sonra 2016-cı ildə Milli Cəbhədən ayrıldığını deyib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia