Cümə axşamı, 14 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tale Bağırzadә barədə dini radikalizmi tәbliğ etmә adı altında akt tәrtib etmәk istәyirlәr

11 May 2018
A A
Tale Bağırzadә barədə dini radikalizmi tәbliğ etmә adı altında akt tәrtib etmәk istәyirlәr

Foto: screenshot

Foto: screenshot

20 il həbs cəzası alan ilahiyyatçı Tale Bağırzadəyə qarşı təxribat hazırlanır.

Bu barədə Rakurs TV-ə onun yaxınları məlumat verib.

Bir müddətdir ki, Tale Bağırzadə telefonla danışa bilmir. Buna səbəb telefonla danışarkən nəzarətçinin onun yanında dayanması və onu dinləməsidir. İlahiyyatçı dəfələrlə buna nə etiraz esə də problem həllini tapmayıb.

Bundan başqa ilahiyyatçıya yalnız əvvəlcədən müəyyənləşdirilmiş bir nömrəyə zəng vurmağa icazə verilir.

Tale Bağırzadә onu da deyib ki, onun hәbsxanada davranış qaydalarını pozması, dini radikalizmi, şiddәt vә dözümsüzlüyü tәbliğ etmәsi barәdә akt tәrtib etmәk istәyirlәr. Aktı imzalaması istәnilsә dә, o, qol çәkmәyib.

Bildirilir ki, bu təxribata Qobustan həbsxanasında saxlanılan digər “Nardaran məhbusu” Abbas Hüseynov da çəkilə bilər. A.Hüseynov aprelin 30-da ailə üzvləri ilə telefon danışığında bildirmişdi ki, həbsxanada ona qarşı işgəncələr yenidən başlayıb. Onun sözlərinə görə, həbsxananın rəis müavini və daha bir neçə əməkdaşı onu döyüblər, əlləri qandallı vəziyyətdə cərimə kamerasında saxlanıldığından qandal biləklərini kəsib. Abbasın anası Rəhimə Hüseynova mayın 10-u Rakurs TV-ə deyib ki, iki gündür Abbası həbsxanada dirəyə bağlayıb, ac saxlayırlar.

“Hər gün səhər kameradan çıxarıb, günün altında dəmir dirəyə bağlayıb, axşama qədər bu vəziyyətdə saxlayırlar. İşgəncə ilə bağlı bir çox dövlət orqanına müraciət etdik. Penitensiar Xidmətin rəisinə məktub yazdım, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Ombudsman Aparatının nümayəndələri ilə görüşdüm. Hamısından xahiş elədim ki, Abbasla görüşsünlər, ona qarşı işgəncələrə son qoyulsun. Dövlət orqanları heç bir addım atmadı. Bircə Beynəlxalq Qırmızı Xaçın əməkdaşları iki gün əvvəl gedib baş çəkib, Abbas da onlara olanları danışıb. Onlar çıxıb gedən kimi yenə Abbasa əziyyət verməyə başlayıblar”

Hər iki məhbusun ailəsi baş verəcək istənilən hadisəyə görə həbsxana rəhbərliyinin məsuliyyət daşıdığını bildirir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia