Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Baş nazir Tbilisidə aksiya edən hər iki qrupu birlikdə narkotiklə mübarizəyə çağırıb

13 May 2018
A A
Baş nazir Tbilisidə aksiya edən hər iki qrupu birlikdə narkotiklə mübarizəyə çağırıb

Baş nazir Krivikaşvili narkotiklə bağlı reydlərdən sonra başlayan aksiyalar sonrası jurnalistlərə açıqlama verir. Foto: screenshot

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili paytaxt Tbilisidə bir neçə gündür davam edən etiraz aksiyaları ilə bağlə bu gün jurnalistlərə açıqlama verib. Baş nazir həm narkotikin leqallaşdırması tələbi ilə aksiya keçirən gəncləri, həm də onların əleyhinə etiraz mitinqi keçirən ultra-sağçıları birlikdə narkotikə qarşı mübarizə aparmağa çağırıb.

“Georgia Today” yazır ki, Baş nazir söz verib ki, aksiya iştirakçılarının ifadə azadlığı məhdudlaşdırılmayacaq:

“Mən şəxsən sizin hamınızı əmin edirəm ki, sizin ifafə azadlığınız təhlükə altına düşməyəcək” – deyə Baş nazir bildirib.

Kvirikaşvili vurğulayıb ki, narkotik bir neçə gəncin ölümünə səbəb olub və bunun qarşısı alınmalıdır.

Baş nazir polisi təhlükəsizliyi daha da gücləndirməyə çağırıb.
“Hər kəsin haqqı var ki, öz mövqeyini ifadə etsin, amma fərqli fikir və mövqeyə görə nifrət etmək olmaz” – deyə Baş nazir əlavə edib.

Demonstrations continue amidst heavy presence of armed special operation forces #tbilisi #bassiani pic.twitter.com/3hZrmw0Wpd

— OC Media (@OCMediaorg) May 13, 2018

“Ağ küy” qeyri-hökumət təşkilatı isə Baş nazirin narkotiklə birlikdə mübarizə təklifinin qeyri-adekvat olduğunu bəyan edib. Aksiyaların təşkilatçısı və adıçəkilən QHT-nin rəhbəri Beka Tsikarişvili deyib ki, aksiyalar hökumətin daha liberal narkotik siyasəti qəbul etməsinə qədər davam edəcək. Aksiya təşkilatçısı həm də əlavə edib ki, hökumətdən narkotik asılığından əziyyət çəkənləri cəzalandırmaq əvəzinə hökumət onların qayğısına qalmalıdır.

Special Operation Forces Right now in #Tbilisi pic.twitter.com/xg1YbYG7dU

— Irma kurtz (@forirma) May 13, 2018

Aksiya iştirakçıları Baş nazir Giorgi Kvirikaşvili və daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edir.

Hazırda paytaxt Tbilisinin Rustaveli prospektində iki qrup etiraz aksiyası keçirir. Onlardan biri cümə günü gecə saatlarında şəhərin məşhur gecə klublarında polisin narkotik satışı əleyhinə keçirdiyi reydlərə və bu reydlər zamanı yol verilən zorakılıq hallarına etiraz edir.

Special operation forces standing while far-right demonstrators cheer from behind the busses. Anti-violence demonstration proceeds peacefully #Bassiani #tbilisi pic.twitter.com/cKQ8UDFUc7

— OC Media (@OCMediaorg) May 13, 2018

Yüzlərlə gənc mövcud narkotik qanunvericiliyinin dəyişdirilməsini, Baş nazir və daxili işlər nazirinin istefasını tələb edir. Digər qrup isə ultra-millətçi Gürcü Milli Birliyinin üzvləridir ki, onlar narkotik satıcılarına ölüm hökmü istəyir və tələb edirlər ki, ötən gün aksiyalarda qarşıdurma zamanı saxlanılan 10 gənc azadlığa buraxılsın.

Daxili işlər naziri Giorgi Qaxarianın da aksiyalar keçirilən əraziyə gəldiyi bildirilir.

https://www.facebook.com/sovanews/posts/898689226976638

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia