Bazar ertəsi, 11 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bayılda yenə sürüşmə olub, 3 ev dağılıb. Rəsmilər deyir ki, səbəb düzgün tikilməyən evlərdir

16 May 2018
A A
Bayılda yenə sürüşmə olub, 3 ev dağılıb. Rəsmilər deyir ki, səbəb düzgün tikilməyən evlərdir

Foto: eco.gov.az

Foto: eco.gov.az

Bakının Bayıl qəsəbəsində yenidən sürüşmə qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov deyib ki, Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində baş verən sürüşmənin səbəbi təbii amillər yox, texnogen səbəblərdir.

Onun sözlərinə görə, Ərazi yüksək mailli yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir.

“Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur” – deyə nazirlik rəsmisi bildirib.

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər müvafiq qurumlarla birgə ərazidə tədqiqat işləri aparır və təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.

Azadlıq Radiosu xəbər verir ki, sürüşmə nəticəsində 3 ev uçub və 22 evin sakinləri (55 nəfər) ərazidən köçürülüb.
Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, həmin ərazidəki yaşayış evləri XX əsrin 50-ci illərində tikilib:

“Əksəriyyəti birmərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır”.

Bayıl qəsəbəsində əvvəllər də sürüşmə qeydə alınıb. Bundan öncəki sürüşmədə 4 ev tamam dağılıb və 100-ə yaxın ailə ərazidən köçürülüb. Həmin ailələrə kirayə pulları verildiyi bildirilir.

Ancaq həm icra hakimiyyətindən, həm da sakinlərdən verilən məlumata görə, evi uçan 4 ailədən başqa, qalan ailələrlə kompensasiyaların verilməsi ilə bağlı danışıqlar nəticə verməyib. Sakinlər kompensasiyanın azlığından şikayət edirdilər. Rəsmilər isə bildirib ki, həmin evlərin sənədləri qaydasında deyil.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia