Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Trampın iyunun 12-i Sinqapurda baş tutacaq sammiti təxirə salına bilər. Reuters xəbər verir ki, Kim Çen In çərşənbə axçamı Cənubi Koreya prezidenti ilə keçirilməsi nəzərdə tutulan görüşü də təxirə salıb.
Şimali Koreyanın rəsmi xəbər agentliyi məlumat yayıb ki, əgər rəsmi Vaşinqton birtərəfli olaraq nüvə silahının dayandırılmasında təkidinə görə danışıqlara yenidən nəzər salınacaq.
Şimali Koreyanın Xarici İşlər Nazirliyinin rəsmisi Kim Ki Qvan ölkənin KCNA agentliyinə bildirib ki, əgər rəsmi Vaşiqnton Şimali Koreya ilə Liviya kimi danışsa, onda iki ölkə arasında nüvə danışıqlarının və qarşılıqlı münasibətlərin taleyi aydınlaşacaq.
O, xüsusilə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Şimali Koreyanı nüvə silahını ən qısa vaxtda tərk etməyini tənqid edib.
Şimali Koreya bundan öncə də Bolton Buş administrasiyasında çalışarkən onunla üz-üzə gəlib və onun “insan zibili” və “qan əmən” adlandırıb.