Çərşənbə axşamı, 11 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Britaniya firması İlham Əliyevin qızlarına görə intizam tribunalına verilib

17 May 2018
A A
Britaniya firması İlham Əliyevin qızlarına görə intizam tribunalına verilib

Foto: president.az

Azərbaycan prezidenti İlham Əliyevin qızları üçün ofşor şirkəti qurmuş London hüquq firması intizam tribunalına verilib, çoxsaylı nöqsanlarda ittiham olunur. İttihamlara “ciddi çirkli pulyuma riski”ni aşkarlamamaq da daxildir. Bu haqda Azadlıq Radiosu “The Guardian” qəzetində dərc olunan məqaləyə istinadən məlumat yayıb.

Foto: president.az

Məqalədə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevin qızları – Leyla və Arzu Əliyevalar Britaniyada çoxmilyonluq əmlaklarını idarə etmək üçün gizli ofşor şirkəti yaradıblar. Exaltation Limited adlı bu firma Britaniyanın Vircin adalarında yaradılıb.

Bu ofşor şirkətlə bağlı detallar 2016-cı ilin aprelində üzə çıxıb. O zaman Mossack Fonseca Panama hüquq firmasından sızdırılan “Panama Sənədləri” böyük qalmaqal yaratmışdı. Almaniyanın “Süddeutsche Zeitung” qəzeti əldə etdiyi 11,5 milyon sənədi Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu, Guardian qəzeti və başqa media orqanları ilə paylaşmışdı.

Exaltation şirkətini isə Londonda mənzillənən Child & Child hüquq firması yaradıb və yanlış olaraq Əliyeva bacılarının siyasi bağlarının olmadığını bildirib. Müəllif yada salır ki, Əliyevlər ailəsinin biznes maraqları, mülkiyyət portfoliosu barədə indiyədək geniş araşdırmalar ortaya qoyulub, genişmiqyaslı korrupsiya iddiaları səsləndirilib.

Mayın 14-də SRA – vəkillərin fəaliyyətini tənzimləyən orqan (Solicitors Regulation Authority) bildirib ki, Child & Child-ın aparıcı tərəfdaşı olan Khalid Sharif vəkillərin intizam tribunalına verilib.

Bu iddialar üzrə ilin sonunadək dinləmə keçirilməli, Sharif öz dəlillərini ortaya qoymalıdır. Təqsirli bilinsə, vəkillikdən uzaqlaşdırıla bilər.

SRA bildirir ki, Sharif bacıların “sərvətini qanunsuz yolla toplaması haqda iddiaları”, yaxud “siyasi əlaqələrini” niyə dəqiqləşdirməməsinə cavab verməlidir. Sharif-ə daha bir ittiham onun ofşor şirkəti yaradarkən “böyük çirklik pulyuma riski”ni nəzərə almamasıdır.

Qəzetin yazdığına görə, SRA ilk dəfədir “Panama Sənədləri”ndə adı çəkilən bir şirkətə qarşı addım atır.
SRA Child & Child şirkətilə bağlı araşdırmanın davam etdiyini bildirib: “Bir çox hallarda adıçəkilən şirkətlər və vəkillər bu ölkədə yerləşmir, yaxud onları biz tənzimləmirik. Ancaq yenə də bir neçə təhqiqat aparırıq”.

Qəzet Sharif-dən məsələyə münasibət ala bilməyib. Eləcə də Əliyeva bacılarından münasibət almaq mümkün olmayıb.

Leyla Əliyevanın varidatına Londonun şimalında yerləşən 17 milyon funt-sterlinqlik malikanənin də daxil olduğu qeyd edilir. Qəzet onun rəssam və sosialite olduğunu, Şahzadə Andrew, Lord Mandelson və Elisabeth Murdoch ilə dostluq etdiyini yazır.

Panama Sənədləri Leyla Əliyevanın 2015-ci ildə etnik azərbaycanlı biznesmen və pop ulduz Emin Ağalarovdan boşandığı dönəmdə yeni ofşor firması yaratdığını üzə çıxarmışdı. Cütlük Moskvada yaşayıb, Hayd Parka baxan dəbdəbəli penthauz sahibi olduqları da bildirilir.

Prezident ailəsinin biznesiylə bağlı indiyədək rəsmi açıqlama verilməyib. Ancaq hakimiyyətin bəzi təmsilçiləri prezidentin ailə üzvlərinin biznes fəaliyyətində qanunsuzluq olmadığını bildirib. Korrupsiya iddiaları isə, bir qayda olaraq, hakimiyyət tərəfindən rədd olunur, bu yöndə beynəlxalq araşdırmalar ölkəyə qarşı “şər-böhtan, qarayaxma kampaniyası” kimi dəyərləndirilir.

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia