Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İlkin Rüstəmzadənin öz müdafiəsi, gələcək planları və əfv sərəncamı barədə düşündükləri

17 May 2018
A A
İlkin Rüstəmzadənin öz müdafiəsi, gələcək planları və əfv sərəncamı barədə düşündükləri

İllustrasiya: mikroskop media

Bu gün həbsinin 5 ili tamam olan gənc fəal İlkin Rüstəmzadə 2013-cü ildə həbsə atılan 8 NİDA-çıdan biridir. Buna qədər də onun barəsində dəfələrlə inzibati həbs qərarı verilib.

İ.Rüstəmzadə 12 yanvar və 10 mart 2013-cü il tarixlərində Azərbaycan Ordusundakı dinc şəraitdə əsgər ölümlərinə etiraz olaraq keçirilən “Əsgər ölümlərinə son” aksiyasının təşkilatçısı olub. Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror nəticəsində həlak olmuş şəxslərin anım günü – 2013-cü il 30 aprel tarixində gənclərin təşkil etdiyi “Terrora yox” aksiyasında saxlanılaraq 15 sutka inzibati həbs cəzası alıb.
Kütləvi iğtişaşlar təşkil etmə və belə iğtişaşlarda iştirak etmə ittihamı ilə həbs olunan İlkin Rüstəmzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il azadlıqdan məhrum edilib.
Siyasi məhbusun anası Atlas Rüstəmzadə oğlunun həbsdəki həyatı, çöldən hansı xəbərlərlə maraqlandığı və gələcək planları barədə Mikroskop`un suallarını cavablandırıb.

Ən çox hansı məqamlarda ürəyinizdən keçir ki, kaş İlkin burada olardı?

Çox olur elə anlar. Müəyyən bayramlar var, ad günü var, istəyərəm ki, evdə olsun. Özümü nasaz hiss edəndə ürəyimdən keçir ki, yanımda olardı. Özünün ad günündə, müəyyən hadisələr olur, adam istəyir ki, yanında olsun. Hansısa xeyir iş olanda, onun özünün tay-tuşları, dostları, yoldaşının toyu, məclisi olanda həmişə fikirləşirəm ki, kaş İlkin də burada olardı. Olur, adamın içindən keçir elə şeylər.

İlkin onun müdafiəsinin təşkilindən nə qədər razıdır, nə gözləyirdi, nə gördü?

O qədər də razı deyil. Yeri gəlmişkən, onu da deyim, müdafiəsindən niyə narazıdır. İlkin deyir ki, mənim müdafiəmi başqa səmtə yönəltdilər. Mübarizəni başqa səmtə yönəltdilər; mahiyyətsiz bir işə. İlkin deyir, hələ də fikirləşirəm başıma hava gəlir ki, “Harlem Shake” nə idi ki, məni onun kimi – hüquq müdafiəçilərindən narazıdır ki, beynəlxalq aləmə onunla qələmə verdilər. Mənim uğrunda mübarizə apardığım iş tamam başqa tərəf idi, məni tamam vecsiz bir işə görə məni tanıtdılar. İlkin deyir, fikirləşirəm ki, mənim Avropa Məhkəməmin də belə gecikməyinə, bir az müdafiənin zəif olmağına səbəb odur ki, əhəmiyyətsiz bir iş oldu. Nədir ki, bir rəqsdir də Harlem Shake. Elə öz gördüyüm işi, açdığım səhifəyə görə, adminlik etdiyimə görə, hansısa aksiyanı təşkil etdiyimə görə, onlar qaldı bir kənarda, bu, cinayət işində də gedir; Harlem Shake. Bax bundan İlkin narazıdır ki, onun işini düzgün səmtə yönəltmədilər. Özü də deyir ki, çıxıb onu soruşacam, nə məqsədləri var ki, məni bu tərəfə yönəltdilər. Elə bil ki, mənasız işə yönəltdilər və düşünür ki, bu, onun mövqeyini zəiflətdi. O baxımdan narazıdır.

Çöldən ən çox nə ilə maraqlanır? Nəyi bilmək istəyir?

Adi vəziyyəti. Özü televizorda baxır, amma yəqin ki, hər şeyə baxmaq imkanı yoxdur. Ölkəylə bağlı beynəlxalq münasibətləri, bunlar haqqında xarici ölkələrin fikrini, insan hüquqları uğrunda mübarizə aparan təşkilatların münasibətini bilmək istəyir. Ölkəyə gələndə onlarla görüşlərin mahiyyətini bilmək istəyir.

Hazırda nə işlə məşğuldur, məsələn hansısa xarici dil öyrənirmi? Planı nədir?

Bir ara ingilis dili, sonra da alman dili öyrənirdi. Kitab da alıb apardıq. İndi stabil şəkildə bilmirəm öyrənirmi, amma ingilis dilini irəlilədib. Xarici nümayəndələr gələndə onlarla özü danışır ingiliscə. Belə də ki, orada nə iş görmək olar, yeyib, içib dincəlir.

Bu yaxınlarda əfv sərəncamı gözlənilir, İlkinin bu sərəncamdan gözləntisi nədir?

İstək məsələsi yoxdur, İlkin bizə deyir ki, çox ümid etməyin. Deyirlər, ümid ən sonda ölür, biz gözləyirik ki, bəlkə nəsə ola bilər. Təbii ki, əfv olunsa, lap yaxşı. İlkin əfv ərizəsi yazmayıb, müraciət etməyib, ona görə gözləntisi yoxdur.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia