Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Avropa Şurası içi çürük, çölü bəzək bir şeydən başqa heç nə deyil” – Milli Məclisin deputatları sanksiya qərarını tənqid edib

18 May 2018
A A
“Avropa Şurası içi çürük, çölü bəzək bir şeydən başqa heç nə deyil” – Milli Məclisin deputatları sanksiya qərarını tənqid edib

İllustrasiya: mikroskop media

Milli Məclisin bu gün keçirilən iclasında AŞPA-nın Qaydalar Komitəsinin Səməd Seyidova tətbiq etdiyi sanksiya qərarına deputatlar münasibət bildirib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, söhbət Səməd Seyidovdan deyil, Azərbaycandan gedir. AŞPA-da atılan addımlar Azərbaycana qarşı, ölkənin iqtisadi inkişafına qarşı yönəlib və Azərbaycanı gözü götürməyənlər ölkə haqqında mənfi imic formalaşdırmaq istəyirlər.

“Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, belə cəhdlərin qarşısı alınsın. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Olmayanı ölkəmizin üzərinə yazmaq böhtandır. Biz bu istiqamətdə işimizi davam etdirməli, ölkəmizin maraqlarını bütün səviyyələrdə müdafiə etməliyik”.

Çıxış edənlər arasında Səməd Seyidov da olub. O bildirib ki, bir insan kimi onun üçün bu ədalətsizliklə üzləşmək asan deyil. Lakin o, buna baxmayaraq, sanksiyaya məruz qalmasından şərəf duyduğunu deyib.

“Çünki mən dövlətimin milli maraqları uğrunda fəaliyyətimə görə bununla üzləşmişəm. Bu sanksiya Azərbaycana qarşı ikili standartların nəticəsidir. Necə olur ki, etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur, amma Azərbaycana qarşı sanksiyalar tətbiq edilir. Səməd Seyidov bu gün nümayəndə heyətinin rəhbəridir, sabah sıravi bir insandır. Bizim balalarımız bu gün cəbhədə canlarını qoyurlar, bizim siyasi cəbhədə fəaliyyətimiz bundan üstün deyil”.

Milli Məclisin spikeri Oqtay Əsədov da sanksiya barədə danışıb. O, qəbul edilən sanksiyanın ilk olmadığını bundan əvvəl də eyni təcrübə ilə qarşılaşdıqlarını bildirib.

“O vaxt AŞPA-nın iclası Bakıda keçiriləndə biz Qarabağa qanunsuz səfər edən deputatın burada iştirak etməsinə icazə vermədik. Dərhal bizə qarşı sanksiya tətbiq etdilər ki, iki il Bakıda AŞPA-nın tədbirlərinə icazə verilməyəcək. Nə oldu? Bir il sonra özləri peşman oldular. Bizdə iclas keçirmək istədilər. Mən dedim ki, biz sanksiya altındayıq, olmaz. İndi də belə. Bu sanksiya da bizə təsir göstərməyəcək. Səməd Seyidovun fəaliyyətinə bələdik. Ona fəaliyyətinə görə təşəkkür edirik. O da, Azərbaycan nümayəndə heyəti də fəaliyyətini bundan sonra davam etdirəcək. Səməd, narahat olma. Sən daha da möhkəm, daha da mübariz ol”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Səməd Seyidova qoyulan sanksiyanın AŞPA-ya başucalığı gətirmədiyini deyib.

“AŞPA-da Azərbaycan nümayəndə heyəti daim milli maraqlardan çıxış edib. Səməd Seyidova qarşı tətbiq edilən sanksiya buna qarşı məkrli addımdır. Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. Amma sonda ona qarşı sanksiya qərarı qəbul olundu. Səməd Seyidov haqsız yerə cəzalandırılır, heç bir günahı olmadan. Bu, AŞPA-ya başucalığı gətirmir. Azərbaycan nümayəndə heyəti bundan sonra da bu qurumda öz prinsipial fəaliyyətini davam etdirəcək”.

“AŞPA-da qəbul edilmiş sanksiya Azərbaycanda sabitliyi pozmaq, ölkəmizi özlərinin istədiyi əyriliyə uyğunlaşdırmaqdır”.

Bu sözləri isə deputat Fəzail İbrahimli deyib və əlavə edib ki, Səməd Seyidovun hədəf seçilməsi onun yüksək şəxsi keyfiyyətindən irəli gəlir.

“Onlar belə bacarıqlı Azərbaycan nümayəndəsini ordan uzaqlaşdırmağa çalışırdılar və buna nail oldular. Avropa Şurası içi çürük, çölü bəzək bir şeydən başqa heç nə deyil. Biz qətiyyətimizi davam etdirəcəyik. Səməd Seyidov da daha prinsipial şəkildə dövlətinə xidməti davam etdirəcək”.

Deputat Sahibə Qafarova çıxışında Azərbaycanın Avropa Şurasının fəaliyyətinə töhfə verdiyini lakin qurumun alternativ münasibət sərgiləmədiyini bildirib.

“Bunun bariz nümunəsi Səməd Seyidova qarşı qərəzli şəkildə sansksiya tətbiq edilməsidir. Bu, Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. Bu, sanksiya AŞPA-nın nüfuzuna ciddi xələl gətirəcək”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia