Bu gün Nərimanov rayon məhkəməsində Mirfeyzulla Seyidovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.
Vəkil Cavad Cavadov azadliq.info-ya deyib ki, məhkəmə vəsatəti təmin edərək onun barəsindəki həbs qətimkan tədbirini dəyişib.
Mirfeyzulla Seyidov hazırda öz evindədir.
AXCP Xətai rayon təşkilatının məclis üzvü Mayın 9-da saxlanılaraq barəsində cinayət işi açılıb.
AXCP üzvünə Cinayət Məcəlləsinin külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddəsi ilə ittiham irəli sürülüb.
AXCP funksioneri böyrək çatışmazlığından əziyyət çəkir və həftədə 3 dəfə dializ aparatı ilə qanı təmizlənməlidir.