Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Saleh Rüstəmovun qardaşı onun sağ olduğunu deyir

25 May 2018
A A
Saleh Rüstəmovun qardaşı onun sağ olduğunu deyir

Foto: şəxsi arxiv / facebook

BBC Azərbaycancanın yaydığı xəbərə görə işgəncələrdən öldüyü iddi edilən siyasi fəal Saleh Rüstəmov sağdır.

Onun qardaşı Valeh Rüstəmov açıqlama verib. O, bu gün qardaşı ilə görüşüb, bədəninə baxıb və hər hansı işgəncə faktına rast gəlməyib.

O, Saleh Rüstəmova görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısına toplaşan ictimai-siyasi fəalların, jurnalistlərin ordan dağılışmasını istəyib.

Valeh Rüstəmovun qardaşının vəkillə niyə görüşmədiyinə aydınlıq gətirməyib, bu barədə məlumatsız olduğunu deyib.

Fəalın vəkili Bəhruz Bayramov da əvvəlcə müvəkkili ilə görüşə dəvət olunsa da, onunla görüşə bilməyib: “Mənə dedilər ki, Saleh Rüstəmov vəkillə görüşmək istəmir, yalnız qardaşı ilə görüşəcək”.

Bu arada Valeh Rüstəmovun oğlu Vidadi Rüstəmov da əmisindən sonra saxlanıb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanan Vidadi Rüstəmovla mayın 24-də görüşən vəkil Bəhruz Bayramov müvəkkilin ondan imtina etdiyini bildirib: “Dedi ki, ona hər hansı işgəncə verilməyib, vəkildən də imtina edir”.

DİN isə işgəncə xəbərini təkzib edir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, Saleh Rüstəmovun səhhəti və ona işgəncə verilməsi ilə bağlı yayılan xəbərlər əsassızdır.

  • Saleh Rüstəmov mayın 8-də saxlanıb, o, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinir.

  • Amma yaxınları 14 gün onun haqqında məlumat ala bilməyib, barəsində seçilən həbs-qəti imkan tədbirindən verilən apellyasiya şikayətinə baxılan zaman da məhkəməyə gətirilməyib.

  • Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia