REAL Partiya Məclisi üzvü Azər Qasımlı barədə Yasamal rayon Məhkəməsi 30 sutka həbs qərarı verib.
Məclis üzvü bir neçə saat əvvəl, ilk olaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna çağırılıb, daha sonra Yasamal Rayon Polis İdarəsində 1 saatdan çox dindirilib.
İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinir. Azər Qasımlının Bakının Landau küçəsində polisə müqavimət göstərməkdə ittiham olunur.
Partuya üzvü Xalid Bağırov isə jurnalistlərə açıqlamasında deyib ki, A.Qasımlı ümumiyyətlə bu gün Landau küçəsində olmayıb və həbsi birbaşa dünənkü Cümhuriyyət yürüşü ilə bağlıdır.