Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Hollandiyadakı mühacirə Azərbaycanda cinayət işi açılıb

01 İyun 2018
A A
Hollandiyadakı mühacirə Azərbaycanda cinayət işi açılıb

Foto: şəxsi arxiv / facebook

Foto: şəxsi arxiv / facebook

Mühacirətdə olan siyasi fəal Rəsul Mürsəlova yenidən cinayət işi açılıb. Bu barədə Mikroskop-a danışan R.Mürsəlov deyib ki, o artıq 4 ildir Azərbaycanda deyil və ona qədər ölkədəki son iki ilini də həbsdə keçirib. Ümumilikdə 6 il heç bir iş fəaliyyəti olmasa da ona vergidən yayınma ittihamı ilə cinayət işi açılıb.

Mayın 17-də Azərbaycandakı ünvana gələn məktubda qeyd olunur ki, onun “Mers- Servis” MMC-nin rəhbəri kimi 2 823 manat vergi borcu var.
Siyasi fəal bu cinayət işinin birbaşa onun siyasi fəaliyyəti ilə bağlı olduğunu düşünür:

“Hakimiyyət mühacirətdəki siyasi fəalları İnterpol vasitəsilə ölkəyə gətirmək üçün vergidən yayınma maddəsindən sui-istifadə edir. Ancaq bu kimi addımlar məni heç bir halda siyasi fəaliyyətimdən çəkindirmir”.

R.Mürsəlov adıçəkilən şirkəti Vergilər Nazirliyinin rəsmi saytında araşdırıb. Reyestr məlumatlarından aydın olub ki, “Mers- Servis” MMC 2009-cu ildə Bakı şəhəri, Əlibəyov qardaşları, ev 75, mənzil 43-də qeydiyyatdan keçib. Həmin üvanda daha 148 şirkət qeydiyyatdan keçib. Onun adına olan ikinci şirkət “MRM” Məhdud Məsuliyyətli Cəmiyyət də öz ünvanını daha 38 şirkətlə bölüşür.

Siyasi fəal deyir ki, nə o ünvanlar, nə də şirkətlərdən xəbəri var. İndiyədək ona bu şirkətlərlə bağlı hər hansı xəbərdarlığın, sənədin gəlmədiyini də bildirir.

  • Rəsul Mürsəlov 2012-ci ildə dövlət sərhədini qanunsuz keçmə ittihamı ilə təqsirli bilinib və həbs olunub.

  • Beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıb. O, 2014-cü ildə azadlığa çıxdıqdan sonra barəsində yenidən cinayət işi açılıb və ölkəni məcburi tərk edib. Təzyiqlər nəticəsində ailəsi ondan imtina edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia