Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İlqar Məmmədov: REAL-a qarşı təzyiqlər hakimiyyətin mənəvi olaraq zəifliyinin göstəricisidir

01 İyun 2018
A A
İlqar Məmmədov: REAL-a qarşı təzyiqlər hakimiyyətin mənəvi olaraq zəifliyinin göstəricisidir

REAL-ın 2017-ci ildə Rəsulzadənin Novxanıdakı abidəsi önündə keçirdiyi mitinqdə iştrirakçı İlqar Məmmədun azadlığını tələb edir. Foto: Ömər Məmmədov

2013-cü ildən bəri həbsdə olan Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov 28 may yürüşündən sonra partiya üzvlərinə olan təzyiqlərlə bağlı münasibət bildirib.

İlqar Məmmədov yürüşün bütün sivil normalara və etik qaydalara uyğun olaraq keçirildiyini qeyd edib və həbslərin hakimiyyətin mənəvi olaraq onlardan zəif olduğunu göstərdiyini yazıb.

“Cümhuriyyəçilərimizin mayın 28-də İstiqlal küçəsindən başlayaraq keçirdikləri yürüş bu günkü Azərbaycan cümhuriyyətinin fəxridir.
Dinc, bütün sivil normalara və etik qaydalara uyğun olaraq keçirilən bayram yürüşündən sonra bir neçə cümhuriyyətçimizə qarşı həbs tədbiri hakimiyyətin mənəvi olaraq bizdən nə qədər zəif olduğunu göstərir. Həbslərin yürüş günü deyil, bir gün sonra həyata keçirilməsi onu göstərir ki, əslində dinc toplaşmaq məsələsində problem heç də polisin davranışı deyil. Polis tamamilə normal şəkildə bu prosesi tənzimləmişdi, sadəcə olaraq İlham Əliyev bu bayram tədbirinin miqyasını və ruhunu görəndən sonra hüquq-mühafizə orqanlarına orada iştirak edən insanların cəzalandıırlmasını tapşırıb. Bu bir daha göstərir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyət birbaşa polisdən qaynaqlanmır, bu İlham Əliyevin siyasi paxıllığından irəli gəlir”.

Sonda isə cümhuriyyətçilərə yönələn bütün təzyiqlərin uğursuz olacağını qeyd edib.

  • Mayın 28-də Bakının mərkəzində 28 May – Respublika Günü münasibətilə REALın təşəbbüsü ilə yürüş keçirilib.

  • Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

  • Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü A.Qasımlıya polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs cəzası verilib

  • Mayın 30-da REAL Partiyası Ali Məclisi üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib.

  • İlqar Məmmədov İsmayıllıda baş verən etirazlardan sonra Tofiq Yaqublu ilə birgə həbs edilib. Onların hər ikisini ixtişaş törətməkdə təqsirləndirilib.

  • İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Tofiq Yaqublu İlham Əliyevin 2016-cı ildə imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

13 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia