Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Oleq Sençov kimdir, niyə həbs edilib və aclıq aksiyası haqqında

02 İyun 2018
A A
Oleq Sençov kimdir, niyə həbs edilib və aclıq aksiyası haqqında

Foto: Gregor Fischer / TASS

Qısa olaraq Sençov barədə
Oleq Sençov ukraynalı rejissor və aktivistdir. 2014-cü ildə Krımın ilhaqından sonra terrorizmdə təqsirləndirilərək Krımda həbs edilib. 2015-ci ilin avqustunda 20 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətini ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirməsi ilə bağlı qərar verilib. Sençov ittihamı rədd edir və həbsini siyasi sifariş hesab edir. Beynəlxalq insan haqları təşkilatları Sençovun azadlığını tələb edir.

“Oyunçu” filmi haqqında
2011-ci ildə ilk filmi “Oyunçu”nu çəkir. Filmdə söhbət dünya çempionatında ikinci yer tutan, kompyuter oyunları oynayan gəncdən gedir. Büdcəsi 20 min dollar olan filmdə bütün aktyorlar rollarını pulsuz ifa edib. “Oyunçu” Rotterdam film festivalında nümayiş edilib. 3-cü Odessa beynəlxalq kinofestivalında münsiflərin xüsusi diplomu ilə təltif edilib.

Aktivist
Sençov “Avtomaydan” aktivistlərindən biri olub. Krım böhranı vaxtı “Bir Ukrayna” hərəkatını dəstəkləyib və aksiya iştirakçılarına yemək, təcili tibbi yardım ləvazimatları çatdırıb.

Həbsi olunması
Rejissor və aktivist Sençov 2014-cü ilin mayında Rusiya Xüsusi Xidmət orqanları tərəfindən terror törətmək ittihamı ilə saxlanılıb. Onunla birgə başqa 3 nəfər də saxlanılıb. Bir müddət sonra o, Moskvadakı Lefortova istintaq təcridxanasına gətirilib. Hüquq mühafizə orqanlarının ilkin ehtimalına görə həbs edilənlər Simferopolda terror aktları törətmək istəyiblər. Onlar 8-9 may tarixlərində kustar üsulla hazırlanan partlayıcılarla “Həmişə yanar alov” abidəsi və Leninin xatirə abidəsini partlatmaqda, 14-18 aprel tarixlərində hakim partiyanın və “Rus Krım cəmiyyəti”nin ofisini yandırmaqda günahlandırılıb.

Həbsinə rekasiyalar

  • Sençovun həbsindən dərhal sonra Ukrayna Xarici İşlər Nazirliyi onun azadlığını tələb edib.

  • Avropa Kino Akademiyasının direktoru Marion Dörinq, Alman Kino Akademiyası, Rusiya Kino Birliyi Sençovun azadlığa buraxılması üçün müraciət edib.

  • 62-ci San – Sebastyan kino festivalında münsiflərdən biri kimi Sençov dəvət edilib. Həbsdə olduğu üçün onun yeri boş qalıb.

  • 2015-ci ildə keçirilən Kann film festivalında hər 5 filmdən bir monitorda “Oleq Sençova Azadlıq” şüarı olan fotolar nümayiş etdirilib.

  • 2018-ci ildə “Pussy Riot” qrupunun üzvləri “Le Monde” qəzetində Fransa prezidenti Makrona müraciət ünvanlayaraq Putindən Sençovu azadlığa buraxmasını tələb ediblər.

Aclıq aksiyası
Oleq Sençov 14 may 2018-ci ildə həbs həyatını keçirdiyi “Ağ ayı” həbsxanasında aclıq aksiyasına başlayır. O, bu aksiyanı öz azadlığı uğrunda yox, Rusiyada həbsdə yatan 64 Ukrayna vətəndaşının azadlığa çıxması tələbi ilə keçirir. Məlumatı iki gün sonra onun vəkili yayır. Aclıq aksiyasından sonra onu xüsusi kameraya keçiriblər və o həkim nəzarəti altında aksiyasını davam etdirir.

Putin
Bu günlərdə Putin və Makron jurnalistlər qarşısına çıxıblar. Fransalı jurnalistin Sençovla bağlı sualına Putin belə cavab verib: “Cənab Sençov terror aktı törətməkdə ittiham edilərək həbs edilib. Jurnalist fəaliyyətinə görə yox”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia