Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

DİN vətəndaş cəmiyyəti fəallarının müraciətinə cavab verdi: “Tamamilə məntiqsiz və məsuliyyətsiz yanaşmadır”

06 İyun 2018
A A
DİN vətəndaş cəmiyyəti fəallarının müraciətinə cavab verdi: “Tamamilə məntiqsiz və məsuliyyətsiz yanaşmadır”

Cümhuriyyət yürüşü zamanı polis yürüş keçirənlərə mane olur. Foto: Turan

Cümhuriyyət yürüşü zamanı polis yürüş keçirənlərə mane olur. Foto: Turan

Daxili İşlər Nazirliyi mayın 28-i, Respublika günündə yürüş keçirdiyinə görə həbs olunan REAL-çılarla bağlı müraciətə cavab verib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə vətəndaş cəmiyyəti fəallarının imzaladığı müraciətlə bağlı APA-ya açıqlamasında bildirib ki, onlar qanunsuz yürüş keçirməyə cəhd göstərib. O vurğulayıb ki, yürüş olan ərazidəki polis əməkdaşları onlara aksiyanın qanunsuz olması və ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edib:

“Aksiyanın təşkilatçıları buna məhəl qoymayıb, ictimai qaydanın pozulmasına yönələn hərəkətlər ediblər. Bu hüquqazidd hərəkətlər zamanı polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməyən yürüş iştirakçılarından bir neçəsi saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq protokollar tərtib edilərək məhkəmələr tərəfindən inzibati həbs cəzaları alıblar”.

Orxan Mansurzadə açıqlamasında Daxili İşlər Nazirliyinə müraciət edən vətəndaş cəmiyyəti fəallarını qeyri-ciddilikdə və məsələ ətrafında yersiz şou yaratmaqda ittiham edib.

“Özlərini “vətəndaş cəmiyyəti fəalları” adlandıranların guya uydurma bəhanələrlə saxlanılması, onların bayram tədbirində iştiraklarına görə cəzalandırılmaları, eyni əməllərə görə “fəalların” da məsuliyyətə cəlb edilmələrinə dair iddia və xahişlər, inzibati qaydada həbs olunanların azadlığa buraxılmalarına dair tələblər əslində müraciət müəlliflərinin məqsəd və məramlarının qeyri-ciddiliyindən, məlum aksiyanın təşkilatçıları tərəfindən məsələ ətrafında yersiz şou yaratmaq istəklərindən xəbər verir”.

DİN rəsmisi əlavə edib ki, məlum aksiyanın təşkilatçıları arasında əvvəllər məhkumluq həyatı yaşamış şəxslər və onların müraciətini məntiqsiz və məsuliyyətsiz yanaşma kimi qiymətləndirib. O.Mansurzadə onu da qeyd edib ki, məsuliyyətə cəlb olunma zamanı qanunun tələblərinə ciddi riayət edilib və saxlanılanlara törətdikləri hüquqpozmanın mahiyyəti başa salınıb və onların hansı siyasi partiyaların üzvü, hansı sosial, siyasi mövqeyə malik olması, dini, irqi mənsubiyyəti heç bir rol oynamayıb.

  • Mayın 28-də Bakının mərkəzində 28 May – Respublika Günü münasibətilə REALın təşəbbüsü ilə yürüş keçirilib.

  • Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

  • Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü A.Qasımlıya polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs cəzası verilib

  • Mayın 30-da REAL Partiyası Ali Məclisi üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia