Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AŞPA Azərbaycandakı prezident seçkilərini iyun gündəliyinə daxil edib

08 İyun 2018
A A
“Avropa Şurası içi çürük, çölü bəzək bir şeydən başqa heç nə deyil” – Milli Məclisin deputatları sanksiya qərarını tənqid edib

İllustrasiya: mikroskop media

Azərbaycanda aprelin 11-də keçirilən növbədənkənar prezident seçkiləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyun sessiyasında müzakirə olunacaq. Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azadlıq Radiosuna müsahibəsində deyib.

“Gündəlikdə birdən-birə yeni məsələ peyda olub. O məsələ ki, artıq bağlanmışdı, müzakirə olunmuşdu. Söhbət Azərbaycandakı prezident seçkilərindən gedir. Apreldəki prezident seçkiləri iyun sessiyasının gündəliyinə daxil olunub” – deyə o bildirib.

O, müsahibəsində AŞPA-nın büro iclasında Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edilməsi haqqında da danışıb. S.Seyidov hesab edir ki, bu, AŞPA ilə Azərbaycan arasında münasibətləri gərginləşdirə bilər:

“Bizim bu məsələdə mövqeyimiz belədir ki, konfrontativ məsələlərin gündəmə gətirilməsi Azərbaycan-Avropa Şurası münasibətlərinə xeyir verməz. Ona görə ki, Türkiyəyə, Belarusa qarşı bu cür addım nəticəsiz qaldı. Hesab edirəm ki, bu cür addımlar münasibətlərin yaxşı istiqamətdə inkişafına xidmət etməyəcək. Əksinə, problemləri daha da qabardacaq, kəskinləşdirəcək”.

AŞPA-ya Ermənistandakı seçkiləri və Paşinyanın bəyanatını müzakirə etməyi məsləhət görən S.Seyidov əlavə edib ki, AŞPA Azərbaycanda olmayan siyasi məhbus problemini müzakirə etmək istəyir.

Siyasi məhbus probleminə niyə birdəfəlik son qoyulmamağı ilə bağlı sualı isə deputat belə cavablandırıb:

“Siyasi məhbus məsələsinə, onun tərifinə, ona yanaşmada dövlətin, millətin mentalitetinə, götürdüyü öhdəliklərə baxışlar fərqlidir. Bu problem dialoq, masa arxasında müzakirə edilməsə, həllini tapa bilməyəcək. Onlar dialoqdan çəkinirlər. Biz təklif edirik ki, gəlin, oturaq, müzakirə edək, Azərbaycan hansı istiqamətdə inkişaf etməlidir. Amma onlar da deyir: “Budur, bunu da etməlisiniz”. Biz də artıq “Budur, bunu etməlisiniz”in nəyə gətirdiyini görmüşük”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia