Jurnalist İzolda Ağayeva tanınmış vəkil Elton Quliyev haqqında çəkdiyi “Bir xəyalın gerçəkləşməsi” adlı filmini təqdim edib. Filmdə Elton Quliyevin vəkillik kariyerası, şəxsi həyatı işıqlandırılıb və vəkilin ailə üvzvləri, dostları, birlikdə çalışdığı şəxslər və müdafiə etdiyi adamlar onun haqqında xatirələrini danışıblar. Müəllif filmi peşəsinə və vicdanına xəyanət etməyənlərə ithaf edib.
Son 20 ildə Azərbaycan tarixindəki ən səs-küylü, qalmaqallı, siyasi motivli məhkəmə prosesləri məhz Elton Quliyevin adı ilə bağlıdır. Bu işlərə Rəhim Qazıyevin müdaifəsi, “Qarabağ qazilərinin işi”, “NİDA-çıların işi” kimi məhkəmə prosesləri daxildir.