No Result
View All Result
Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb. Sərəncama görə, Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün 3,5 milyon manat vəsait ayrılıb. Vəsait dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə veriləcək.
M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində yerləşən və rayon sakinlərinin yeganə gediş-gəliş yolu olan körpü çaya gələn güclü sel nəticəsində dağılıb.
No Result
View All Result