Türkiyədə iyunun 24-ü keçiriləcək növbədənkənar president seçkilərindən sonra fövqəladə vəziyyət rejimi ləğv edilə bilər. NTV Türkiyə xəbər verir ki, bu barədə hazırkı prezident Rəcəb Tayyib Ərdoğan müsahibəsində danışıb. Onun sözlərinə görə, seçkidən sonra fövqəladə vəziyyət rejiminin müzakirəyə çıxarılıb ləğv edilməsi barədə danışıqlar aparıla bilər. Seçki bitənə qədər bununla bağlı işlər başa çatmış olacaq.
“İnşallah nazirlər kabineti qurulandan sonra Ədliyya Nazirliyinə təlimatlar veriləcək. Bu işlərdə süründürməçilik etmək olmaz. Dərhal addım atıb yola davam edəcəyik” – deyə Ərdoğan vurğulayıb.
Türkiyədə 2016-cı ilin iyulunda baş verən dövlət çevrilişi cəhdindən sonra fövqəladə vəziyyət rejimi elan olunub.
Bu müddət ərzində fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı 4 dəfə qərar qəbul edilib.