Bazar, 10 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ABŞ və Şimali Koreya liderlərinin görüşü barədə bilməli olduqların

12 İyun 2018
A A
ABŞ və Şimali Koreya liderlərinin görüşü barədə bilməli olduqların

Tramp və Kim Capella otelindəki lançdan qayıdır. Foto: Evan Vucci / AP

Tramp və Kim Capella otelindəki lançdan qayıdır. Foto: Evan Vucci / AP

Sinqapur sammitindən əvvəl Kim şəhərdə, Tramp isə twitter-də gəzişib.

Donald Tramp və Kim Çen In Sinqapura təyyarə ilə gəliblər. Kimlə bərabər hökumət nümayəndələrindən başqa onun kiçik bacısı Kim Ö Çjon da gəlib. Onlar bir yerdə şəhəri gəzən zaman Tramp qaldığı oteldə Cənubi Koreya prezidenti və Yaponiyanın baş naziri ilə telefon vasitəsilə məsləhətləşmələr edib. Bundan başqa o həm də özündən əvvəlki prezidentlərə söz ataraq onun administrasiyası dönəmində ABŞ-ın Şimali Koreya ilə münasibətlərdə xeyli irəlilədiyini yazıb: “Amerikalı girovlar azad edilib, nüvə silahı testləri dayandırılıb. “Hər şey əla olacaq”!

The fact that I am having a meeting is a major loss for the U.S., say the haters & losers. We have our hostages, testing, research and all missle launches have stoped, and these pundits, who have called me wrong from the beginning, have nothing else they can say! We will be fine!

— Donald J. Trump (@realDonaldTrump) June 11, 2018

İki ölkə liderindən başqa Sinqapura həm də Amerikalı basketbolçu Denis Rodman gəlib. Onun Kimlə yaxşı münasibətləri var və keçən ilki görüşündə Kimə Trampın yazdığı “Anlaşma incəsənəti” kitabını hədiyyə edib. Sammitə qatılmasa da CNN-ə müsahibə verib və ağlayaraq bu iki ölkə arasında münasibətləri bərpa etmək üçün göstərdiyi səylərdən danışıb. O, deyib ki, Tramp administrasiyasından ona zəng edib prezidentin “çox qürurlanır” mesajını çatdırıblar.

Görüş əl sıxmaqla başlayıb. Kim görüşü fantastik filmlərlə müqayisə edib.

Bakı vaxtı ilə gecə saat 3-də ABŞ prezidenti ilə Şimali Koreya liderinin tarixi görüşü baş tutub və əl sıxaraq görüşüblər. 12 saniyə əl sıxışıblar.

https://gph.is/2JAz9pT

Bunun ardınca liderlər jurnalistlərə çox qısa müsahibə verib. Tramp deyib ki, o, çox inanır ki, danışıqlar “inanılmaz uğurlu” keçəcək və Kimlə “inanılmaz münasibət” quracaqlar. Kim isə “Əsassız ittihamlar bizə maneələr yaratdı, lakin biz bunların öhsəsinlən gəldik və indi burdayıq” – deyib.

“Guardian” yazır ki, jurnalistlərdən uzaqlaşanda Kim Trampa deyib: “Dünyada adamlar tapılacaq ki, bu görüşü hansısa fantastik filmin bir hissəsi kimi başa düşsün”.

Görüş 3 hissəli olub. Detallar barədə məlumat yoxdur.

Əvvəlcə Tramp və Kim tərcüməçilərin iştirakı ilə saat yarımdan çox davam edən təkbətək görüşdə olublar.

Bundan sonra isə hər iki tərəfin nümayəndələri arasında görüşlər olub. ABŞ tərəfdən dövlət katibi Mayk Pompeo və prezident adminstrasiyasının rəhbəri Con Kelli, Şimali Koreya tərəfdən isə Kimin məsləhətçisi və işçi partiyasının deputatı Kim Ön Çxol iştirak edib. O artıq bir dəfə iyunun 1-də Ağ evdə olub və Trampla görüşüb.

İki tərəfli görüşlər baş tutmazdan əvvəl Tramp deyib ki, “biz artıq həll ediləcəyinə inam olmayan problemi həll etmişik”. Kim isə cavabında “Bizi böyük sınaqlar gözləyir, lakin biz buna hazırıq” deyib.

Görüşün 3-cü hissəsi lançla davam edib. Menyuda iki koreya mətbəxi nümunəsi, avakado salatı ilə ənənəvi xərçəng kokteyli olub.

ABŞ və Şimali Koreya arasında sənədlər imzalanıb. Sənəddə söhbət nüvə silahından gedir, lakin detallar məlum deyil.

Sənədlərin imzalanma mərasimindən əvvəl Tramp Kimə öz limuzinini göstərib. Kimi limuzinin salonu ilə tanış edib.

Tramp imzalanacaq sənədləri “çox mühüm” və “çox hərtərəfli” adlandırıb. “Mən öyrəndim ki, o, (Kimi nəzərdə tutur) çox istedadlı insandır və öz ölkəsini çox sevir. Biz hələ çox görüşəcəyik”. Tramp deyib. Kim əlavə edib: “ABŞ prezidenti ilə görüşümüz tarixi görüşdür”.

Sənədin əsas 4 bəndini “Reuters” yayıb.

1. ABŞ və Şimali Koreya münasibətlərinin yenidən başlandığı bəyan edilib.
2. ABŞ və Şimali Koreya Koreya yarımadasında stabillik və sülhün bərqərar olması üçün çalışacaqlar
3. Şimali Koreya bəyan edir ki, denuklarizasiya məsələsi üzərində çalışmaqda maraqlıdırlar.
4. ABŞ və Şimali Koreya razılığa gəlir ki, amerikalı əsirlər müəyyən ediləcək və geri qaytarılacaq.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia