No Result
View All Result
Saatlı rayonunda pambıq tarlasında baş verən zəhərlənmənin ilkin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli APA-ya açıqlamasında deyib ki, ekspertizaların ilkin rəyinə əsasən zəhərlənmənin mənşəyi qida məhsulu deyil: “Bu, qida zəhərlənməsi deyil. İlkin nəticələrə görə, zəhərlənmə pambıq tarlasında istifadə olunan herbisidlərdən baş verib”.
Herbisid alaq otu kimi tanınan arzuolunmaz bitkilərin inkişafının qarşısını almaq üçün istifadə olunan kimyəvi birləşmədir.
10 iyunda Saatlı rayonunda pambıq tarlasında 24 nəfər zəhərlənib, vəziyyəti ağır olan 4 nəfər Bakı şəhərinə köçürülüb. Xəstələrin hamısının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Onların bir qismi evə buraxılıb.
No Result
View All Result