ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasındakı görüşdə ekspertlər onların bədən dilini şərh edib. Görüşü şərh edən bədən dili üzrə ekspert Paul Boros “Sky News”a deyib ki, Tramp narahat idi ki, onun üzərində məsuliyyət var.
Paul Bros düşünür ki, liderlər əl sıxışanda və görüş ərzində Tramp görüşü ələ almağa çalışıb.
“Tramp və Kim bir-birilərinə oynamırlar, onlar evdə onları gözləyən auditoriyaya oynayırlar, vermək istədikləri mesajları çox aydın bilirlər”
Ekpsert görüş zamanı Trampın əl hərəkətlərini də şərh edib. O, prezidentin Koreya lideri Kimin qoluna dəfələrlə toxunmağını nəzarətdə saxlama istəyi kimi qiymətləndirib.
“Trampın bu toxunuşları nəzarətə işarədir. O çalışır ki, nəzarəti ələ alsın və ona görə də bacardıqca çox əl hərəkəti edir”
P. Bros deyir ki, Kim sakit dayanıb və bu toxunuşlara ümumiyyətlə reaksiya vermir, bu da Kimin situasiyanı idarə etmirmiş kimi göstərir ki, bu da əslində situasiyanı idarə etməkdir.
Trampın əvvəlki liderlərlə görüşündən danışan bədən dili eksperti deyir ki, məsələn, Fransa prezidenti Emanuel Makronla görüşdə Trampın daha güclü duruşu var idi və hətta əl sıxışanda həmkarını özünə tərəf çəkmişdi.
“Kim “ev tapşırığı”na yaxşı hazırlaşıb və əl sıxışma üçün yaxınlaşanda, Trampa onu üstələməyə icazə vermədi”.
Daha sonrakı detallar haqqında danışarkən ekspert deyir ki, liderlər birlikdə oturandan sonra Amerika prezidentinin əllərini oynatmağı səbrsizliyinə işarə idi. Bu zaman isə Kim özünü daha yaxşı idarə edirdi.
Eyni zamanda Kim Trampın boyunun uzunluğuna daha yaxın olmaq üçün hündür daban ayaqqabı geyinib.
Sənədlərin imzalanması
Liderlər birlikdə sənədləri imzalamaq üçün gedib və hər ikisi bir-birini stula əyləşdirməyə çalışıb. Əvvəlcə Tramp Kimə oturmağı təklif edib, sonra da eynisini Kim təkrar edib.
İmzalamadan sonra Kim Trampın imza atıb bitirməyini gözləyib. ABŞ prezidentinin uzun imzalamasından sonra Şimali Koreya lideri sənədi dərhal cəld şəkildə geri alıb.
Amerikalı bədən dili eksperti Pati Vud liderlərin görüşə gəlişini şərh edib. Ekspert deyir ki, hər iki lider üzündə təbəssüm izi olmadan görüşə gəlib. Kim görüşə vaxtından bir neçə dəqiqə əvvəl və əlində dəftərçə ilə gəlib.
“Bunu onun üçün heç kim daşımır, özü edir. Bu da ona işarədir ki, o, görüşə yaxşı hazırlaşıb”.
Ekspert onu da vurğulayır ki, görüşə vaxtında gəlmək G7 sammitində liderləri iki dəfə gözlədən Tramp üçün qeyri-ənənəvi haldır.
“Tez gəlmək adətən görüşün, hadisənin sənin üçün çox önəmli olduğuna işarə kimi qəbul olunur. Liderlərin hər ikisi orta uzunluqda addımlar ataraq görüşə gəldi ki, bu da özünə inama işarədir”.