Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Vəkillər Kollegiyası İradə Cavadovanın da üzvlüyünə xitam verib

12 İyun 2018
A A
Vəkillər Kollegiyası İradə Cavadovanın da üzvlüyünə xitam verib

İradə Cavadova Azad Fikir Universitetində İnsan hüquqlarının müdafiə mexanimzləri mövzusunda mühazirə deyir. Foto: AFU / facebook

Vəkillər Kollegiyası vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət qərarı qəbul edib. Kollegiyanın yaydığı məlumata görə, bu qərarın qəbul olunmasına səbəb vəkildən kollegiyaya edilən şikayət olub. Şikayətçi K.M. aprelin 21-i göndərdiyi şikayətdə bildirib ki, İradə Cavadova ona etibarnamə verilmədiyi və hüquqi yardımla bağlı müqavilə imzalamadıqları halda onun adından şikayət edib.

İttihama görə İ.Cavadova şikayətçinin Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər edib və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yayıb. K.M. deyib ki, həmin məlumatlar həqiqəti əks etdirmir və onun şərəf və ləyaqətinə toxunulub. K.M. kollegiyadan xahiş edib ki, vəkil haqqında tədbir görülsün.

Vəkillərin İntizam Komissiyasında şikayətə baxılıb və vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələblərinin pozulduğu müəyyən edilib. Komissiyanın qərarına əsasən vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub.

Məsələ ilə bağlı MeydanTV-yə danışan İradə Cavadova Vəkillər Kollegiyasının məlumatının yanlış olduğunu və İntizam Komissiyasının qərəzli rəy verdiyini deyib:

“Komissiya sübutları əhatəli araşdırmayıb. Mənim müdafiə etdiyim şəxs barəmdə guya şikayət yazıb. Mən müdafiə xarakterli tədbirlər görmüşəm, Rəyasət Heyətində mənə niyə təkzib verməməylə bağlı suallar oldu, halbuki, şikayətçi mənə bu barədə müraciət etməyib”.

  • Bundan əvvəl vəkillər kollegiyası Xalid Bağırov, Yalçın İmanov, Fəxrəddin Mehdiyev və başqa vəkillər barədə də eyni qərarı çıxarıb. Bu vəkillər hamısı siyasi motivli məhkəmə proseslərində iştirak edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia