Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Polis deyir ki, Lerikdə zorlanma hadisəsi olmayıb

20 İyun 2018
A A
Polis deyir ki, Lerikdə zorlanma hadisəsi olmayıb

İllustrasiya: raseef22.com

Daxili İşlər Nazirliyi Lerikdə yeniyetmə qızın zorlanması ilə bağlı məlumata münasibət bildirib. APA yazır ki, zorlanma hadisəsi ilə bağlı Lerik rayon Polis Şöbəsinə eləcə də nazirliyin digər aidiyyəti sutrukturlarına hər hansı məlumat və müraciət daxil olmayıb:

“Yeniyetməyə qarşı zorakılıq etməkdə adı hallanan şəxsin evinə hücum olması barədə yayılan məlumatlar da həqiqətdən uzaqdır və bu iddialar təxribat xarakterli dezinformaisyalardır”.

Hadisə ilə bağlı məlumatı iyunun 19-da “Talışi Sədo” qəzetinin redaktoru Rafiq Cəlilov yayıb. Redaktor yazıb ki, rayon sakinlərinin ona verdiyi məlumata görə, 13 yaşlı qız “Azərişıq”-ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu və sürücüsü, 25 yaşlı Elnur Elman oğlu Məmmədov tərəfindən zorlanıb. Həmin şəxs 7-ci sinif şagirdinin video görüntülərini çəkib və onu mütəmadi şantaj edib. Azyşalı hamilə qalandan sonra hadisə üzə çıxıb.

Zorlandığı deyilən qızın atası Rasim Təhməzov Meydan TV-yə danışıb. O, yayılan məlumatların əsassız olduğunu deyib:

“O adam ki, bunu yayıb onun qızından, anasından, bacısından xəbəri yoxdur. Mənim ailəmə şər atıblar. Belə bir hadisədən söhbət gedə bilməz. Mənim əmim qızı onların gəlinidir, qohumuq, gediş-gəlişimiz var. Özü də qapı qonşumuzdur. O yazıqlar da pis vəziyyətə düşüblər. Deyirlər, Rasim, bu, nə söhbətdir, yayılıb, biz nə edək? Bununla bağlı prezidentə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayət etmişəm. Şər atanlar barədə bir tədbir görsünlər”.

Ata iddia edir ki, qızı uşaqlıqdan onu zorlamaqda ittiham edilən oğlanla beşikkəsdidir və evlilik yaşı çatanda onların toyunu edəcəklər.

Məsələdə adı hallanan Aydın Məmmədov da hadisə ilə bağlı danışıb. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu xəbər böhtandır.

“Bu xəbəri yayanları məhkəməyə verirəm. Tamam böhtandır. Sübut olunmadığı təqdirdə cinayət işi açdıracam. Bu üsullarla məni şantaj edirlər. Mən Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinə rəisi idim. Bu kampaniya o zaman da davam edirdi. Mən həmin jurnalisti məhkəməyə verdim, cinayət işi açıldı və 2 il 6 ay da həbs verildi. İndi də bu məsələylə bağlı o qəzeti məhkəməyə verirəm. Qoy gəlsinlər, sübut etsinlər” – deyə o vurğulayıb.

A.Məmmədov həm də əlavə edib ki, adıçəkilən ailəylə heç bir əlaqələri yoxdur. Eləcə də o, qardaş oğlunun həmin qızla evlənəcəyi xəbərini də təkzib edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia