Avropa İttifaqı Şengen vizasının qiymətini artırmaq niyyətindədir.
APA yazır ki, iyunun 19-da Aİ Şurası Viza Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı danışıqlar üçün mandatı təsdiqləyib. Yeni məcəllədə vizanın standart qiymətinin 60-dan 80 avroya qaldırılması nəzərdə tutulub.
Yeni qaydalara əsasən viza müraciətini əvvəl olduğu kimi, səfərdən 15 gün əvvəldən gec olmayaraq deyil, 6 ay əvvəl yerləşdirmək mümkün olacaq.