Şənbə, 20 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yeni nazirə köhnə müqavilə. Moskva Yerevana niyə SU-30 satmaq istəyir?

20 İyun 2018
A A
Yeni nazirə köhnə müqavilə. Moskva Yerevana niyə SU-30 satmaq istəyir?

Foto: Oleq Xarseev / Kommersant

Moskvanın “Kommersant” qəzeti bildirib ki, Ermənistanda hakimiyyət dəyişdikdən öncə bu ölkənin müdafiə naziri Rusiyanın Su-30 CM qırıcılarının alınması məsələsini 2024-cü ilədək təxirə salıb. Ermənistana bir eskadrilyanın göndərilməsi barədə kontrakt 2012-ci ildə imzalanmışdı. Lakin Ermənistanın maliyyə problemləri ilə əlaqədar qüvvəyə minməmişdi.

Rusiya bu təyyarələri Ermənistanın yeni rəhbərliyinə satmaq istəyir. Baş nazir Nikol Paşinyan Su-30 CM-in kabinəsində artıq oturub və qırıcını “dünyada ən yaxşılarından biri” adlandırıb.

N.Paşinyan Erebuni aeroportunda (Rusiyanın 3624-cü aviabazası yerləşir) təyyarənin kabinəsində oturduğu fotonu Facebook-da yerləşdirdikdən sonra Ermənistanın Su-30 CM almaq istəyi barədə danışıqlar bərpa edilib.

https://www.facebook.com/nikol.pashinyan/photos/pb.1378368079150250.-2207520000.1529486768./2063700190617032/?type=3&theater

Paşinyan hər hansı açıqlama verməyib. Lakin yerli ekspertlərin fikrincə, bir neçə Su-30CM-in tədarükü barədə danışıqlar uğurla gedir və bu, yaxın bir -iki il ərzində həyata keçirilə bilər.

2012-ci ildə Moskva və Yerevan arasında imzalanan müqaviləyə görə, Ermənistan 12 qırıcı (onların göndərişinə sanksiyanı Vladimir Putin verib). Təyyarələrlə yanaşı (Moskvada Yerevanın maliyyə məsələsini çözməyə cəhd ediblər, təyyarələrin ixrac qiymətinə yox, Rusiya qiymətinə alınmasına razılaşmaq istəyiblər) Ermənistan başqa silahlar da almalı idi. Belə ki, məsələn, Yerevan “İskander” operativ-taktiki raket kompleksinin ixracı üzrə ilk alıcısı olub. Həmçinin Rusiya kreditinin hesabına 300 mln dollarlıq silah alıb. Vəsait çatışmazlığına görə Yerevan Moskvaya bildirib ki, Su-30 alışı 2024-cü ilədək təxirə salınır.

Moskva kontraktın mümkün qədər tez reallaşmasına ümid edir: bu, İrkutsk aviatikinti zavodunun 2022-ci ilədək yüklənməsi üçün lazımdır.

Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin eksperti Konstantin Makienko hesab edir ki, “müasir hərbi aviasiya komplekslərinin göndərişi Azərbaycanı Qərb qırıcılarını almağa sövq edə bilər”. Bu cür presedentlər artıq olub: Yerevana “İskander” göndərilməsinə cavab olaraq Bakı Belarusun “Polonez” yaylım atəşli reaktiv sistemini alıb. Odur ki, Azərbaycana daha müasir Su-35 qırıcılarının alınmasını təklif edə bilərlər, qəzet yazır.

Hərbçilərin fikrincə, bu sinfə aid təyyarələr ərazilərinin kiçik olduğuna görə Ermənistan və Azərbaycan üçün uyğun deyil. Sovet dövründə Ermənistanda qırıcı aviasiyası yerləşməyib, belə ki, uçan təyyarələr dərhal Türkiyənin hava məkanında görünüb. Bu səbəbdən həmin ölkələr üçün optimal təyyarələr SU-25 və ya MİQ-29 hesab olunur, ekspertlər deyirlər.

Foto: Sergey Krivchikov / vikipediya

SU-27, SU-30 və SU-35 kimi ağır qırıcılar böyük əraziyə və sərhəd uzunluğuna malik ölkələrə üçün yarayır.

SU-30 CM və SU-35 təyyarələrinin xarakteristikasına gəlincə, onlar belədir: SU-30 ekipajı 2 nəfərlikdir, yüksəklikdə maksimal sürət 2 350 km.saatdır. Əlavə yanacaq doldurmadan 3.5 saat ərzində 3000 km. uçuş məsafəsinə malikdir.

Su-30 CM çoxhədəfli təyyarədir. O, təkcə hava döyüşü aparmağa qadir deyil, həm də yerüstü mobil və stasionar hədəflərə zərbələr endirməyə qadirdir.

Su-35-ə gəlincə, bu, daha müasir elektronikaya malikdir, düşmənin radarından müdafiə səviyyəsi yüksəkdir. Bu yaxınlarda Hindistan gözləntləri doğrultmayan həmin təyyarələrin alışı ilə bağlı müqavilədən imtina edib. Bununla belə, Rusiya tərəfi bildirir ki, Su-35 Qərbin F-22 və F-35 təyyarələrindən üstündür.

Bu gün Rusiya komplektdən asılı olaraq 30-50 milyon dollar arasında hərbi təyyarələr satır.

Ekipaj -1 nəfər, maksimal sürət 2500 km., ən yüksək 20 kilometrə qalxa bilir. Silah: topu 30 mm., raketlər Hava-hava – 16 orta məsafəli, 6 kiçik məsafəli. 6 paket Hava-torpaq və bir böyük məsafəli raket. Yüksək dəqiqliyə malik hərbi sursatlar və 12 idarə olunmayan hərbi sursat.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia