Fransada prezident Emmanuel Makronun özəlləşdirmə siyasətini bəyənməyən işçilər etiraz əlaməti olaraq Yelisey Sarayının qazını kəsiblər. Milli Elektrik və Qaz İdarəsinin özəlləşdirilməsinə etiraz edən işçilər saat 11-dən etibarən 3 saat ərzində sarayın qazını kəsib.
“Bizim həmkarlar ittifaqı mütəmadi olaraq prezident və hökumətə elektrik və qaz idarəsinin niyə bölünüb özəlləşdiriləcəyi ilə bağlı suallar göndərib. Amma bizə heç bir cavab gəlmədi, ona görə də biz tətil edən işçilərlə birlikdə sarayın qazını kəsdik” – deyə Fransanın sol yönümlü həmkarlar ittifaqı CGT-nin nümayəndəsi Olivier Fegueux mətbuata açıqlamasında bildirib.