Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.

APA xəbəri mərhum nazirin ailəsinə yaxın mənbələrə istinadən yayıb.

69 yaşında vəfat edən Yavər Camalov Azərbaycan Prezidentinin 18 mart 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972 – 2006-cı illərdə neft sahəsi üzrə müxtəlif qurumlarda çalışıb.

Evlidir, 3 oğlu var.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin