Cümə axşamı, 14 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ərdoğan xalqa təşəkkür etdi: Ümid edirəm namizədlər nəticələrə kölgə salmaz

24 İyun 2018
A A
Ərdoğan xalqa təşəkkür etdi: Ümid edirəm namizədlər nəticələrə kölgə salmaz

Ərdoğan canlı yayımda seçki nəticələri barədə danışır. Foto: screenshot / FOX TV

Türkiyədə prezidentliyə namizəd və seçkilərin ilkin rəsmi nəticələrinə görə 52.7% səs toplayan Rəcəb Tayyib Ərdoğan seçkinin nəticələri ilə bağlı çıxış edib. O, çıxışında qeyd edib ki, növbəti prezidentlik dönəmində də xalq ona etimad göstərib. Eləcə də parlamentdə çoxluğu onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) və onların da içində olduğu “Cumhur İttifaqı”na verib.

“Bu vacib gündə gedib səs verərək vətəndaşlıq borcunu yerinə yetirən hər kəsə minnətdaram. Mənə, partiyamıza və ittifaqımıza səs verənlərə təşəkkür edirəm. Seçki qutularının təhlükəsizliyi və səsvermə Türkiyə demokratiyasının gücüdür. Bu gün millətimiz azad iradəsilə gedib səs verib, özü və ölkəsi üçün seçimini edib”.

Ərdoğan çıxışında seçkidə iştirak edən prezidentliyə və millət vəkilliyinə namizədlərə də təşəkkür edib.

“Ümid edirəm ki, heç kim öz uğursuzluğunu gizləmək üçün ölkəmizin seçki sisteminə və seçkilərinə nəticəsinə kölgə salaraq ölkəmizdəki demokratiyanın bu böyük gücünə zərər verməyəcək. Hesab edirəm ki, seçicilərin seçkidə rekord sayda iştirakı onların bizə və bütün dünyaya çox önəmli bir mesajıdır. Mesaj kifayət qədər açıqdır. Türkiyə seçkidə 90% fəallıqla bütün dünyaya demokratiya dərsi verdi”.

Ərdoğan vurğulayıb ki, hazırda dünyada seçkilərdə 30,40, 50% seçici fəallığı olan ölkələr özlərini demokrat kimi tanıtdıqları halda Türkiyə 90% seçici fəallığı ilə bu demokratiya dərsini həyata keçirib.

“Öz ölkələrindəki seçkilərdə 50%-ə çatmayan seçici fəallığı ilə əldə edilən nəticələri demokratik hesab edib, amma bizə hələ də çəp baxanları dəvət edirəm ki, bu nəticələri yaxşı oxusunlar. Millətimin 24 iyun demokratiya zəfərini bir daha təbrik edirəm” – deyə o əlavə edib.

O eyni zamanda ona zəng edib təbrik edən dövlət başçılarına da minnətdarlıq edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia