Türkiyədə seçkilər – Prezidentliyə namizədlər səs verdi

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Cumhuriyyət Xalq Partiyasının namizədi Muharrəm İncə hesab edilir.

Türkiyədə prezidentliyə namizəd Səlahəttin Dəmirtaş həbsxanada öz səsvermə hüququndan istifadə edib. Muharrəm İncə doğulduğu Yalovada səs verib. Meral Akşener isə İstanbuda səsini verdi.

Suruçta seçki qutusuna topa bülleten atanlar ifşa edilib.

3 nəfər 1000 bülletenlə seçki məntəqəsinə girməyə çalışıb.

Qızı anasının yerinə səs verdi.

Şanlıurfada bir seçici döyülüb.

Suruçda HDP-lərə qarşı zorakılıqlar davam edir.

Urfada bir müşahidəçi topa bülleten atmaq istəyənlərə etiraz edərkən zorakılığa məruz qalıb.

Şanlıurfada bir müşahidəçi yazır ki, demək olar bütün müşahidəçilərə əngəllər yaradılır.

Bir nəfər isə iki dəfə səs vermək istəyib.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin