Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AKP tərəfdarları HDP binalarına hücum edib, bir neçə nəfər yüngül xəsarət alıb

25 İyun 2018
A A
AKP tərəfdarları HDP binalarına hücum edib, bir neçə nəfər yüngül xəsarət alıb

CHP-nin qarşısında seçicilər səslərin sayılmasını gözləyir. Foto: mikroskop media

İstanbulun Sultanqazi bölgəsi Qazi məhəlləsində Xalqların Demokratiya Partiyasının (HDP) parlament üçün yetərsayı toplamasını qeyd edən partiya tərəfdarlarına polis müdaxilə edib. Mesopotamiya xəbər agentliyi yazır ki, polis “HDP xalqdır, xalq buradadır”, “Selo başqan” şüarları səsləndirən adamlara qaz bombası və plastik mərmi atıb. Polisin müdaxiləsindən sonra kütlə yaxınlıqdakı küçələrə dağılışıb.

Bir müddət sonra HDP-nin Sultanqazi qərargahı önündə toplanıb və hazırda orada gözləyirlər.

Eyni zamanda həmin ərazidə yerləşən İstiqlal orta məktəbində 6 ədəd seçki bülleteni torbasının oğurlandığı iddia edilib. Məktəbdə olan vətəndaşların verdiyi məlumata görə bülletenlərin olduğu torbalar polisin müşayiəti ilə avtomobilə qoyulub və məktəbdən uzaqlaşdırılıb. Səslərin oğurlandığını iddia edərək məktəbin qarşısına toplanan insanlara da polis bibər qazı atıb.

Esentepe məhəlləsində isə hakim Ədalət və İnkişaf Partiyası (AKP) HDP-nin seçki bürosuna hücum edib. Hücum zamanı büronun pəncərələri sınıb və bir neçə nəfər yüngül xəsarət alıb. Polis hücum edən dəstəni oradan uzaqlaşdırıb.

Sultanbəyli şəhər meydanında toplaşan çoxlu sayda AKP və Milliyətçi Hərəkat Partiyası (MHP) tərəfdarı HDP Sultanbəyli rayon təşkilatına hücum edib. Binada olan bir qrup HDP-li binanı tərk edə bilmir. Rayon təşkilatının sədri Burhan Taşdemir bildirib ki, dəfələrlə polisə zəng edib xəbər versələr irqçi dəstəni dağıtmırlar.

HDP-nin Ümraniye rayon təşkilatının da önündə bir qrup adam toplaşıb və küçədəki HDP bayraqlarını yandıraraq binaya daşla hücum edib. Vətəndaşların verdiyi məlumata görə polis baş verənləri izləməklə kifayətlənib və binada 11 kişi köməksiz vəziyyətdə qalıb, oranı tərk edə bilmir.

Paytaxt Ankarada da HDP rayon təşkilatlarına hücumlar olub və qarşısı alınıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia