Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Muharrem İncə seçkinin nəticələrindən danışıb: “Türkiyə demokratik dəyərlərlə əlaqəsini kəsdi”

25 İyun 2018
A A
Muharrem İncə seçkinin nəticələrindən danışıb: “Türkiyə demokratik dəyərlərlə əlaqəsini kəsdi”

Muharrem İnce jurnalistlər qarşısında. Foto: AA

Muharrem İnce jurnalistlər qarşısında. Foto: AA

Türkiyədə ötən gün keçirilən növbədənkənar prezident və parlament seçkilərində prezidentliyə namizəd və Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Muharrem İncə bu gün mətbuat konfransı keçirib. Açıqlamasında ilk olaraq haqqında yayılan yalan xəbərləri təkzib edən namizəd bildirib ki, onun Ərdoğan tərəfindən təhdid olunması, həyat yoldaşının qaçırılması və s. bu kimi xəbərlər həqiqəti əks etdirmir.

M.İncə Ərdoğanı AKP sədri kimi yox, hamının prezidenti kimi davranmağa çağırıb. Tövsiyə edib ki, onun özünü seçki kampaniyalarında istifadə etdiyi şüarı istifadə etsin.

Prezidentliyə namizəd bildirib ki, ölkə və onları həm hazırkı, həm də gələcək həyatına dərindən təsir edəcək bir seçki olub:

“Seçkilərin keçiriləcəyinin elan edilməsindən tutmuş nəticələrinin açıqlanması formasına qədər hər şeyi ilə ədalətsiz seçki olub. Hər şeydən əvvəl seçkiyə qan qarışıb. Suruçta və Ərzurumda baş verənlər bu seçkin qan qarışan seçki kimi tarixə salıb. Seçki zamanı səsverməyə müdaxilə edildiyini, müxtəlif pozuntular baş verdiyini gördük. Dostlarımız bununla mübarizə apardılar və seçki qutularını qorumaq üçün göstərdiyi əzmkarlığı təbrik edirəm və təşəkkür edirəm”.

M.İncə əlavə edib ki, seçki məntəqələrindəki müşahidəçilərin onlara təqdim etdiyi nəticələrlə Ali Seçki Şurasının (YSK) açıqladığı nəticələr arasında ciddi fərq yoxdur, olan fərqlər ümumi nəticəni dəyişdirmir və ona görə də məğlub olduğunu qəbul edir.

“Seçkidən əvvəl və sonra baş verənlərlə bağlı təbii ki, deyəcək sözümüz çoxdur. Ən birincisi bu gündən etibarən qüvvəyə minən yeni rejimin Türkiyə üçün nə qədər böyük təhlükə olmağıdır. Dövlətlə partiyanın, hətta bir adamın həm dövlət, həm idarəedici, həm qanunverici, həm də məhkəmə halına gəlməyi Türkiyə üçün təhlükə olmağa davam edəcək. Bunu yaşayacağıq və qarşılığını təəssüf ki, hamımız birlikdə ödəyəcəyik. Türkiyə demokratik dəyərlərlə əlaqəsini kəsib. Türkiyə 143 ildir enişli-yoxuşlu davam etdirdiyi parlamentar sistemlə əlaqəsini kəsib. Təəssüf ki, daha bir müddət ölkə qanunlara əsaslanan ölkə olmayacaq.” – deyə vurğulayıb.

Çıxışını bitirəndən sonra jurnalistlərin suallarını cavabandırıb. Seçkilərin nəticələri elan olunandan sonra Foc televiziyasının aparıcısı İsmayıl Küçükkaya göndərdiyi mesajla açıqlama yayan M.İncə buna aydınlıq gətirib və üzr istəyib:

“Mən İsmyıl Küçükkayaya dostyana mesaj yazdım, onun bu mesajı xəbər kimi yayımlayacağını ehtimal etmədim. Bu mənim səhvimdir. İnsanlar bunu bir tvitdən öyrənməməli idi. Təcrübəli siyasətçi kimi mən də bu səhvi etməməli idim. Hər şeyin rəsmi açıqlanmasını gözləyirdim, çıxış edəcəkdim. Səhv etdim, o mesajı yazmamalı idim. Buna görə üzr istəyirəm. Deməli jurnalistlərlə dost olanda daha ehtiyatlı olmaq lazımdır” – deyə sualı cavablandırıb.

“Seçkidə niyə məğlub oldu?” sualına cavabında isə bunları deyib:

“Təəssüf ki, oğurlanan səslər var, amma bu 10 milyon səsdir? Yox. Mən məğlub oldum və bunu qəbul edirəm. Arada 10 milyon səs fərqi var. Bir yarışa girmisənsə, məğlubiyyəti də qəbul etməlisən”.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia