Bazar ertəsi, 8 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AŞPA: Azərbaycanda QHT-lərin fəaliyyəti məhdudlaşdırılıb, prezident seçkiləri isə demokratik olmayıb

27 İyun 2018
A A
ATƏT və AŞPA-nın müşahidəçiləri seçkidə pozuntular qeydə alıb

İlham Əliyev və Mehriban Əliyeva 11 aprel növbədənkənar prezident seçkilərində səsvermə məntəqəsində. Foto: Eqor Aliyev / TASS

İyunun 27-də AŞPA-nın yay sessiyasında Lüksemburqdan deputat İv Kruşenin bəzi AŞ ölkələrində vətəndaş cəmiyyəti hüquqlarının pozulması haqda sənədi qəbul edilib.

AŞPA-nın yay sessiyasında Lüksemburqdan deputat İv Kruşen məruzəsini oxuyur. Foto: Ellen Wuibaux / Council of Europe

Turan yazır ki, pozuntulara yol verən ölkələr arasında Azərbaycanın da adı var. Ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün şəraitin ciddi pisləşdiyi bildirilir.

Bundan öncə AŞ hakimiyyəti QHT-lər haqqında qanunvericiliyi ləğv etməyə və Venesiya Komissiyasının rəyini nəzərə almağa çağırıb.

Lakin Azərbaycan hakimiyyəti 2015-2016-cı illərdə QHT-lərlə bağlı hüquqları sərtləşdirib, xarici donorların Azərbaycanda fəaliyyətini və xaricdən qrant almağı qadağan edib.

Məhz buna görə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Azərbaycanın bu qurumdakı üzvlüyünü aşağı salıb və sonra dayandırıb.

Qəbul edilən sənəddə Bakının QHT-lərə qarşı bu siyasətinə son qoyması ilə bağlı Avropa Şurasının çoxsaylı çağırışları və qətmanəsinə baxmayaraq, Azərbaycan hakimiyyətinin buna məhəl qoymamağa davam etdiyi qeyd olunur.

İlham Əliyev və Mehriban Əliyeva 11 aprel növbədənkənar prezident seçkilərində səsvermə məntəqəsində. Foto: Eqor Aliyev / TASS

26 iyunda isə AŞPA-da Azərbaycanda keçirilən seçkilərlə bağlı rumıniyalı deputat Viorel Badya hazırladığı rəy dinlənilib. Rəydə qeyd edilib ki, Aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri azadlıqların məhdudlaşdırılması şəraitində keçirilib. Demokratik prinsiplərin gözdən salındığı, qanunun aliliyinə əməl olunmadığı repressiv siyasi şəraitdə ədalətli və azad seçkilərin keçirilməsinin mümkün olmadığı qeyd edilib.

Bundan öncə Avropa Şurası Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına dəyişikliklərini də tənqid edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia