Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İlham Əliyevin paraddakı çıxışındakı bir abzasın fakt yoxlaması

27 İyun 2018
A A
İlham Əliyevin paraddakı çıxışındakı bir abzasın fakt yoxlaması

İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxış edir. Foto: president.az

Azərbaycan prezidenti İlham Əliyev ötən gün Azərbaycan ordusunun yaradılmasının 100 illiyi münasibətilə təşkil olunan paradda çıxış edib. Nitqində həmişə kimi prezident Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutundan, müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən çətin olduğundan və Azərbaycanın 90-cı illərin əvvəllərindəki iqtisadi-siyasi vəziyyətindən danışıb.

İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxış edir. Foto: president.az

Prezidentin nitqinin cəmi 1 abzasında dediyi fikirlərin fakt yoxlamasını təqdim edirik.

“Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır”.

Qismən doğrudur

“Globalfirepower” hərbi güc indeksinə görə Azərbaycan ordusunun gücünə görə 136 ölkə içində 53-cü yerdədir. Qonşu ölkələrdən Ermənistan bu reytinq cədvəlində 84-cü, Gürcüstan isə 82-ci yerdədir. Dünyanın ən güclü 5 ordusu isə aşağıdakı ölkələrin ordusu hesab olunur:
Amerika, Rusiya, Çin, Hindistan və Fransa.

“Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir.”

Doğru deyil

“Freedoom House” təşkilatı 2018-ci ildə yaydığı hesabatda Azərbaycanı azad olmayan ölkə hesab edib. Ermənistan və Gürcüstan isə az azad ölkələr sırasında yer alıb.

Digər nüfuzlu təşkilat “Sərhədsiz Reportyorlar” Azərbaycanı 179 ölkə içində 163-cü yerdə görüb və azad olmayan ölkə hesab edib. Reytinq cədvəlində Azərbaycan Livan, İran, Özbəkistan, Burundi və Türkiyə ilə yanaşıdır. Təşkilatın siyahısında Ermənistan 80-ci, Gürcüstan isə 61-ci yerdədir.

“İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir”.

Doğrudur

İlk 3-lükdə Latviya, Macarıstan və Azərbaycandır.
Ermənistan – 45
Gürcüstan – 32

“Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac da yoxdur”.

Doğru deyil

Maliyyə Nazirliyinin rəqəmləri isə fərqli şeylər deyir. Nazirliyin 2018-ci il in fevralınd ayaydığı açıqlamada qeyd olunur ki, Azərbaycanın milyard dollara yaxın (təxminən 16 milyard manat) xarici borcu var. 2017-ci ilin yanvarında isə xarici dövlət borcu 12 milyard 241 milyondan artıq (6 milyard 913,2 milyon ABŞ dolları) idi. İllik müqayisədə xarici dövlət borcu 4 milyard manata qədər artıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia