Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında bloklardan birində qəza baş verib. Report yazır ki, nəticədə Bakı və Sumqayıt şəhərləri, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.
Rəsmilər nə deyir: “Azərişıq”ın mətbat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, qurumun sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır.