Şənbə, 20 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əli Həsənovun “Fəlakətdən zövq alanlar…” yazısından 5 çıxarış

04 İyul 2018
A A
Prezidentin köməkçisi Əli Həsənovun AŞPA ilə bağlı statusundan çıxarışlar: Gələn qonaqlar ac yola salınmalıdırmı?

Əli Həsənov. Foto: APA

  • Yaxşı insanlar həyatda baş verən hər şeyə işıqlı tərəfdən baxır, əgər qəlb oxşayan, ruh dincəldən bir şey görürlərsə, onu başqaları ilə paylaşır və hamının bu gözəllikdən bəhrələnməsinə çalışırlar. Hətta yaxşı bir şey görmədikdə belə, onlar özləri gözəlliyi yaradır və yenə də ətrafları ilə paylaşırlar.

  • Hərdən insan fəlakətini, fövqəlada qəza və kriminal hadisələri özünə maddi və siyasi dividend mənbəyi hesab edən fürsətcillər, insan ölümündən xüsusi zövq alan şəxslər də tapılır.

  • Yenə də müxalifətin radikal kəsimi və xarici ölkələrdə məişət müxalifətçiliyi edən bəzi “milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular. Onlar qaranlıq gecəni “məxfilik pərdəsi” hesab edərək insanları “bankları dağıtmağa”, “Azadlıq” meydanına çıxmağa, Gəncədəki cinayəti – dövlət məmurunun həyatına sui-qəsdi “digər şəhərlərdə də təkrarlamağa” çağırışlar etdilər.

  • Ölkədə olarkən özlərinə Dədə Qorqud donu biçib “barışdırıcılıq”, “arbitrilik” eşqinə düşən bəziləri isə xaricə qaçaraq yad ölkələrdə özlərinə sığınacaq tapar-tapmaz XIX əsrin rus anarxistləri üslubunda hər yerdə itaətsizlik təşkil etməyə çalışır, hər gün üsyan çağırışları edir, hətta Gəncədəki kriminal hadisənin personajını qəhərmanlaşdırmağa cəhd göstərdilər. Məsələnin daha pis cəhəti ondadır ki, həmin çağırışlara müxalifət partiyalarının ayrı-ayrı tanınmış nümayəndələri tərəfindən də dəstək verilir. Bəzən vətəndaş cəmiyyətinin müxalif düşüncəli bəzi təmsilçilərinin mövqeyi də adamı əməlli-başlı çaşdırır.

  • Allah eləməsin, sabah belə təfəkkürlü insanlar iqtidara gəlsə, ölkənin qanunları ilə, dövlətlə, dövlətçiliklə beləmi davranacaqlar? İtaətsizliyə, dövlət atributlarına sayğısızlığa, insanlara qarşı sui-qəsdə çağıran siyasətçi ilə dövləti necə idarə etmək olar? 1991-1992-ci illərin havasından çıxmaq üçün bu insanlara görəsən daha neçə onilliklər lazımdır? Getdikləri yolun hara aparıb çıxara biləcəyini və yaxud çıxarmayacağını anlamaq onlar üçün bu qədərmi çətindir?

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia