Gəncənin icra başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərovun işgəncəyə məruz qalması ilə bağlı sosial şəbəkədə yayılan fotosu təsdiqlənib. Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib.
“Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.
Ötən günkü açıqlama: DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Bizimyol”a deyib ki, fotoşəkil uydurma, yayılan məlumatlar isə tamamilə yalandır. “Cinayəti törədən şəxs istintaq altındadır. Ona hərhansısa bir işgəncədən, təzyiqdən söhbət belə gedə bilməz”. – deyə DİN sözcüsü bildirib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri, seçki mütəxəssisi Anar Məmmədli saxlanılıb və ona qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb....
Müəlliflər: Kelly Bloss (OCCRP), Fatimə Kərimova (Mikroskop Media) Xəzərin sahilində, Bakı bulvarında 80 yaşlı türkiyəli biznesmen səliqəli kostyum və qalstukda...
Bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Bu barədə Turan İnformasiya Agentliyinin...
Azərbaycan hökuməti yüzlərlə jurnalist və ictimai fəalın telefonlarını izlədiyi və NSO Qrup şirkətinin istehsalı olan “Pegasus”la kifayətlənməyib və İsraildən daha...